9/10
·210 syf.··
Beğendi
·
2021 28. kitabı
·
12 saatte okudu
·
Okunma: 25 Mart 2021 21:14
"İnsanlar xoşbəxt deyil və onlar ölür." - deyir Albert Kamus. Bu cümlənin özündə barındırdığı həqiqətin şərqdəki təzahüratıdır "Yaşamaq." Yaşamağın təzahüratına gəlmədən əvvəl qeyd edim ki, kitabı çəkici edən şey, Çin haqqında istər tarix istərsə də kültür baxımından çox az bilgi sahibi olmağımızdır. Ən azından mənə görə belədir. Hələ ədəbiyyat'ı demirəm. Əgər ki, hələ də çəkici gəlməyibsə, bu faktoru əla alaraq oxumaq nəticəsini verəcək. Kitabın daha anlaşıqlı olması üçün öncədən kiçik araşdırma edib, hadisələrin 1966-76'cı illər arasında Çində Kültür Devriminin toplumsal dəyişikliklərə yol açması və bunun doğurduğu nəticələri qısa məzmununu bilməkdə fayda var. Geri qalanın Fugui özü danışacaq. Danışdığı hekayəsi, bədii təsvirə çox yer verilməyən, çox sadə dildə yazılan (bilmirəm bəlkə çinlilərin sadə anlayışı fərqlidir) hadisələrin kəskin şəkildə baş verdiyi(tarlada əkinlə məşğul olarkən birdən səngərdə düşmənlə üz-üzə qalmaq) sürükləyiciliyini qoruyan bir "acılar" toplusundan ibarətdir. Acı! Acı! Acı! Ön plana çıxarmaq istədiyim də elə budur. Əsərdə o qədər acı var ki. Sanki yazar acıdan zövq alırmışcasına öz həyatında çəkə bilmədiyi acıları əsərindəki obrazlara yükləyib. Bundan dolayı Fugui'ni qumarda bütün sərvətini uduzaraq özünü və ailəsini səfalətə düçar etməsinə və sonradan edəcək bir çox səhvinə görə qınaya bilmədim. Bütün bunları oxuyanda, yazarın gərəksiz yerə hərkəsi bədbəxt etməsinə qıcıq olmamaq da mümkün deyil. Bəlkə də bizə "nağıllar həmişə xoşbəxt sonluqla bitər" yalanını öyrəntdikləri üçün bu qədər nikbinik. Ona görə bizdə ədəbiyyat qayğı oyandırmır, ona görə Albert Camusun yuxarıdan qeyd etdiyim sözünü yalnız qocalanda anlayırıq. Ki məncə ən xoşbəxt və cahil adam odur ki, o anda belə bunu anlamır. Eyni zamanda ən bədbəxti də odur ki, yaşamı boyunca bu acını saxta sözcüklərlə anlamdadırmağa çalışaraq keçirib. Fugui'nin sonlara doğru "əslində mən çoxdan ölməli idim" - deməsi kitabın can alıcı nöqtəsi olduğunu düşünürəm. Həmişə dediyim kimi, kəlimələr çox önəmlidir. Spoiler vermək istəmirəm, amma kitabı oxuduqda deyə bilərsiz ki, yazar "onları" gərəkli-gərəksiz, vaxtsiz öldürdü. Məncə, "Dəhşət ölmək deyil Dəhşət yaşamaqdır." Dəhşət yaşamaqdır, çünki, hələ də minlərlə Fugui, Jiazhen, Youqing'lərlə yaşayırıq. Kim bilir bəlkə də onlardan biriyik. Yaşamaq doğru musiqi seçmindən keçir. Bəzən də yaratdığımız musiqidən deyil, yaşamın musiqisini dinləməkdən keçir. Necə ki, bəzən bir baxışda gizlənən anlamı min kəlimə ilə ifadə etmək olmur. Acıya baxmağa kim cəsarət edər bilər?! Ya onu ancaq yalnızca çəkməliyik!?
Edebiyat
YaşamakYu Hua · Jaguar Kitap · 202670,7bin okunma
·
110 Gösterim
3 Yorum
Lütfen giriş yapınız.
Kitabın özü qədər üz qapağıda zənnimcə təqdirə layiqdi. 6 həyat hekayəsi, 6 çəkilmiş zolaq. Uzaqdan nə qədər bir-birinə bənzəsə də yaxından kiçik nüanslarla nə qədər fərqli olduğunu görürük. 6 fərqli insan, 6 fərqli yaşam hekayəsi..
Nihad Manafov
Gönderi Sahibi
Kitabın üz qabığına heç diqqət etməmişdim. Aydınladıcı bilgi üçün minnətdaram )
Bir acını yaşayıb bitirmədən digər acı sonra yenə acı. Ən acınacaqlı olan acısını düzəməlli yaşaya bilməməsi idi ki bu həm məni həm də Fugui'ni narahat edirdi deyəsən. Kitab o qədər də axıcı gəlməmişdi mənə :d (Bəzən oxumağı dayandırıb Fuguinin yerinə mən acı çəkməli olurdum)
Nihad Manafov
Gönderi Sahibi
Aha, bəzən oxumağı dayandırıb, Fugui'nin yerinə mən acı çəkməli olurdum. Elədir! Bugünə kimi tək-tük oxuduğum kitablardandır ki, deyəcək çox şeyim yoxdur. Sadəcə "yaşamaq" lazımdır.
Xoşdur, hər zaman)