Akış
Ara
Ne Okusam?
Giriş Yap
Kaydol
Gönderi Oluştur

Gönderi

252 syf.
9/10 puan verdi
·
4 günde okudu
Teomanın, uşaqlığımdan bəri bütün mahnılarını dinlədiyim, heyran olduğum sənətçinin səsindən öz həyat hekayəsini dinləmək mükəmməl idi, elə ilk incələməmi də məhz Teoman üzərindən etmək istədim. Teomanın da kitabın əvvəllərində dediyi kimi kitaba çox böyük bir ədəbi həz almaq məqsədi ilə başlamadım, otobiyoqrafik əsərdən bunu gözləmək də əslində axmaqlıq olardı. Məqsədim illərdir dinlədiyim sənətçini daha yaxından tanımaq, səhnə arxasındakı həyatına az da olsa aşina olmaq, bəlkə biraz da özümlə arasında bənzərliklər axtarmaq idi, kim bilər, bəlkə də nail olmuşdum bu istəyimə də... Kitabın ilərləyən səhifələrində görürük ki, əslində səhnədən tanıdığımız, o şahşahlı, dərdsiz- tasasız həyatlar yaşadıqlarına inandığımız insanların hamısı öz dünyasında öz mənlikləri ilə savaş içərisindədirlər. Teoman abimizin həyatında da hər şey yolunda getsə də yolunda olmayan hər zaman bir şeylər olmuşdur.Necə ki hər birimizin həyatında da olduğu kimi... "İnsanlar bu kitaptan çıktıklarında hafiflemiş hissetsinler istedim." Mən kitab bitdikdən sonra hissetdim deyə bilərəm, fikrimcə hər bir Teoman sevər bu kitabı mütləq oxumalı və ya mənim kimi öz səsindən dinləməli, özü üçün nəticə çıxarmalıdır, çünki bütün Teoman sevərləri birləşdirən bir nöqtə vardır. İndidən xoş mütaliələr, kitabla qalın:)
Fasa Fiso
Fasa FisoTeoman · Hep Kitap · 20181,651 okunma
·
173 görüntüleme
Yorum yapabilmeniz için giriş yapmanız gerekmektedir.