Gönderi

Gəlmə
Gəlmə, soyuq adam, mən çox istiyəm, Qorxuram qoynumda buxarlanasan! Baxsan gözlərimə oda düşərsən, Tutsan əllərimdən, qorx ki, yanasan! Gəlmə, sakit adam, mən dəlisovam, İtib-batacaqsan məndə, bilirəm. Qanıma yeriyən bu dəliliyə Gəlib yoluxarsan sən də, bilirəm. Gəlmə, zəif adam, mən xeyli sərtəm, Ovcumda əriyən şama dönərsən. Saçımı oxşasan əlin ağrıyar, Sinəmə toxunsan çiliklənərsən. Gəlmə, işıq adam, mən qaranlığam. Yarasa kimiyəm, gecə dəlisi... Qorxuram ömrümə işıq salasan, Görünə ömrümün düzü, əyrisi. Gəlmə, azad adam, mən mənə məhkum... Nə qədər uzaqsan azad qalarsan! Mənə bircə addım yaxına gəlsən, Məndə bir ömürlük məhkum olarsan! Gəlmə, uzaq adam, yaxına gəlmə! Sən özünü məndən qoru, ay adam! Bütün gələnlərə mən yük olmuşam, Məni bu yük olmaq yorur, ay adam! (c) Orxan Bahadırsoy
··
99 görüntüleme
Yorum yapabilmeniz için giriş yapmanız gerekmektedir.