8/10
·336 syf.··
Beğendi
·
2021 46. kitabı
·
6 günde okudu
·
Okunma: 05 Mayıs 2021 10:45
1983-cü ildə nəşr olunan kitabın Netflix tərəfindən 2020-ci ildə çəkilmiş mini serialına çıxdığından 28 gün ərzində 63milyon tərəfindən izlənildiyini bilirdiz? 20-ci əsrin 60-cı illərində biz bu kitab haqda oxuyarkən, ABŞ və SSRİ arasında soyuq müharibə, Vietnam müharibəsi var gücü ilə davam edir, Kennedi suiqəst nəticəsində öldürüldü, ətraf mühitin qorunması, ikinci dalğa feminizm yayılmağa başlayır və biz bunlarla yanaşı sonradan dahi uşaq Elizabeth Harmonun hekayəsini dinləyirik. Anasının avtomobil qəzasında ölməsi ilə yetmixanada başlayan uşaqlığını, 19 yaşında dünya şahmat çempionu Vasily Borgovu udması arasındakı ilkin yetişkinlik dövrünə şahid oluruq. Əsərdə bir çox mərhələdə ABŞ ilə SSRİ qarşılaşdırılır, buna şahmata münasibət, individualist yaxud kollektiv düşüncə tərzi, sosializm-kapitalizm və s daxildir. Amerikada şahmat dövlət tərəfində Rusiya qədər dəstəklənmir, eyni zamanda amerkan oyunçular tək oynamağa meyilli olduqları halda, ruslar birlikdə öyrənir, məşq edirlər. Əsərdə adını eşitdiyimiz dünya çempionu Vosily Borgov real həyatda Boris Vasilieviç Spassky-olduğu düşünülür. Maraqlısı odur ki, Moskvadakı oyunlarda Borgov öz otağında Tigran Petrosian ilə yarımçıq qalan oyunun analizini edir, və bu həmin Petrosiandır ki, 1966-cı ildə taxtı ona uduzur, 1969-cu ildə isə bərpa edir. Tarixdə Spossky 1972-ci ildə dünya çempionu adını amerikan Bobby Fischer-ə itirir. İstər erkən yaşdakı qalibiyyətləri, istər qeyri-sağlam mentallığı ilə Fischer ilə Beth arasında şahmatsevərlər tərəfindən əlaqə olduğu iddia edilir. Amma digər tərəfdən Fischer ilə Benny Watts arasında bənzətmə yaradanlar da çoxdur. Kinodan fərqli olaraq, əsəri oxuyarkən Harmon-un qismən hissləri olduğunu anlayırıq. Təbii ki, bunların arasında məğlubiyyət qorxusu, qazanmağa olan aclığı, şahmatdan duyduğu həzz və həyəcan daha ağırlıqlı olsa da, Beth-də sevgi, daha güclü hisslərin azlığı məni təəccübləndirdi. Ya bu protoqonistin istedadlı və həyatı şahmat olaraq görən fərqli bir insan olduğundan qaynaqlanır, ya da cənab Tevis qadının hislər dünyasını açıb göstərməyə müvəffəq olmayıb, ya da bunu artıq hesab edib. Qadın və şahmat- dediyim kimi, 20-ci əsrin 2-ci yarısı aktivistlərin, 2-ci dalğa feminizmin güclü cərəyan etdiyi bir tarixi dövr idi. Odur ki, Beth davamlı olaraq şahmat oynadığı üçün cəmiyyət tərəfindən sıxışdırılır və ona sanki qeyri-adi bir şeylə məşğul olurmuş kimi baxılır. Bəzi hissələrdə hətta, onun böyük üstadları məğlub etməsindan daha çox, qadın olduğunun vurğulanması Bethi hövsələdən çıxarır. Yaxşı yanı isə odur ki, kitab ilə kino arasında kəskin fərqlər yoxdur. Amma kitabda Beth-in öz anası barədə heç bir məlumat yaxud flashback olmadığı halda, kinoda ona tez-tez müraciət olunur. Digər fərqləri deyərək daha da spolier verməyim, siz oxuduqca bura yazarsız! *qeyd- Beth, chess- mən ucadan oxuyanadək bu iki sözü tələfüzündəki ahəngi hiss etməmişdim. Xoş mütaliələr!
Edebiyat
Vezir GambitiWalter Tevis · İthaki Yayınları · 20202,224 okunma
·
42 Gösterim
Yorumlar
Lütfen giriş yapınız.