9/10
·72 syf.··
2021 15. kitabı
·
27 saatte okudu
·
Okunma: 21 Mayıs 2021 20:51
Franz Kafka - Adını tez-tez eşitdiyim bir yazıçı idi. Nə vaxtsa bir gün yazıçının kitabları ilə tanış olmağı düşünürdüm. Ancaq dünən içimdən Kafka oxumaq gəldi və Oğuz Aktürk'ün hazırladığı kitab oxuma sırasına (eyni zamanda digər bir çox yazıçının da kitablarını zəhmət çəkərək hazırladığı üçün təşəkkür edirəm) uyğun olaraq, bu kitabı oxumağa başladım. Axıcı bir kitab idi və adından da göründüyü kimi, Kafkanın öz atasına yazdığı məktubla bağlıdır. Uşaqlıqdan bu məktubu yazdığı ana qədər öz ailəsi ilə bağlı olan münasibətlərdən, problemlərindən danışır. Hansı ki, onu da qeyd etməliyəm ki, Kafkanın atası ilə bir çox problemləri olub; buraya da bilərəkdən və ya bilməyərəkdən atası tərəfindən Kafkanın psixoloji şiddətə məruz qalması, uşaqlıqdan bəri ondan bir şeylər gözləməsi, daha yaxşı olmasını istəməsi - hər ata övladının (övladlarının) daha yaxşı olmasını istəyər, ancaq bu dərəcədə də yox... və s. aid etmək olar. Mənim fikrimcə, bu kitabı hər kəs oxumalıdır, hər kəsə oxutmalıyıq; gənclərə, ata olmaq istəyənlərə, atalara... Ümumiyyətlə, bu kitabı oxumazdan öncə evliliyə qarşı idim, yəni mən evliliyi çox hallarda çox hallarda mənasız bir şey hesab edirdim. Və bu kitabı oxuduqdan sonra da bu fikrim daha da dəqiqləşdi. Bu qədər... Tezliklə digər kitablarını da oxuyacağam.
Dünya Klasikleri
Babaya MektupFranz Kafka · Türkiye İş Bankası Kültür Yayınları · 202254bin okunma
·
64 Gösterim
1 Yorum
Lütfen giriş yapınız.
Evliliyə qarşı olan düşüncələri daha da qətiləşdirən kitabmı? Mütləq oxumalıyam, incələmə üçün təşəkkürlər🙂
Nurlan
Gönderi Sahibi
Yəni evlənəcək insanların belə kitablar oxumasını tövsiyə edirəm. Həqiqətən, bacaracağını düşünən (belə kitablar oxuyaraq) kəslərin evlənmələri yaxşı olar. Xoşdur. 😊