Akış
Ara
Ne Okusam?
Giriş Yap
Kaydol
Gönderi Oluştur

Gönderi

775 syf.
8/10 puan verdi
·
Beğendi
Əsər Tolstoy yaradıcılığının şah əsəri hesab edilir. Anna real həyatdan götürülmüş qəhrəmandır və Tolstoy bu qəhrəmanı ən incə detalına qədər realistcə işləyib. O, Annanın duyğularını,həyatını necə məhv etməsini ,sonda nə qazanmasını açıq şəkildə oxucunun ixtiyarına buraxır. Anna əsərdə hər kəsin qibtə etdiyi qadın olsa da, onun öz oğlunu və həyat yoldaşı Alekseyi öz məşuqu, sevdiyi Vronski uğruna tərk etməsini heç alqışlamıram. Aleksey kobud və soyuq kübarlardan olsa da ailəsinə verdiyi dəyər Vronskidən daha dərindir. Vecsiz, laqeyd Vronskinin azalan məhəbbəti ,hər gün böyüyən diqqətsizliyi,soyuqluğu Annaya əzab verir. Alekseyin Annanın Vronskidən olan qızına qayğısı,ona ata kimi sahib çıxması məni çox təsirləndirdi. Əsərdə Levinin Kitiyə olan sevgisi Vronskinin Annaya olan eşqindən daha saf, daha dərin və daha güclüdür. Kitinin ilk dəfə ona "Hə" deyə bilməməsinə rəğmən, onu unutmaması və sona qədər Kitini incitmədən, öz qürurunu da itirmədən mübarizə aparması, Kitinin qəlbini qazanmasını çox bəyəndim.
Anna Karenina
Anna KareninaLev Tolstoy · Evrensel İletişim Yayınları · 201539,1bin okunma
·
26 görüntüleme
Yorum yapabilmeniz için giriş yapmanız gerekmektedir.