Akış
Ara
Ne Okusam?
Giriş Yap
Kaydol

Gönderi

165 syf.
8/10 puan verdi
Ali Şeriati "Anne baba biz suçluyuz"
Dini doğru anlayıb , doğru dərk etmək lazımdır ki , dinidar insanları görüb cahilcəsinə ondan uzaqlaşmayaq. Əli Şəriəti bu kitabında həm dini dar insanlara həm də dini darların yaratdığı cəmiyyət nəticəsində , onlara baxıb dindən uzaqlaşan cahil insanlara toxunur. O deyir ki, günümüzdə İslam , dini darlar tərəfindən tamamilə məhv edilmiş , içdən içə çürümüşdür. Özümüzə qayıtmasaq heç vaxt həqiqi İslami cəmiyyətdə yaşaya bilməyəcəyik. Avropada meydana çıxan müxtəlif fəlsəfi cərəyanları nümunə göstərən Şəriəti bəzi yerlərdə namazın,həccin,duanın təməl mahiyyətini anlamayan insanları bu fəlsəfik cərəyanlara inanlardan daha aşağı yerdə olduğunu isbat edir.Peyğəmbərin yaşamından nümunə alıb öz nəfslərinə cihad etməyənlər , dua edərkən yalnız özünü düşünən insan duanı, namazın sözlərini anlamadan hərəkət edən namazı, həccə gedib ordan hədiyyələrlə qayıdıb gəlib adının da qarşısına bir həci qoyduran insanlar həcci , Quranı anlamaq üçün yox gözəl səslə oxumaq üçün , ölülərə oxuyanlar da heç vaxt Quranın nə olduğunu dərk etməyəcək və bu insanlar heç vaxt müsəlman olma şərəfinə nail olmayacaq. Oxuyaraq , araşdıraraq İslamı anladıgım üçün rəbbimə şükür edir ,Əli Şəriəti kimi müsəlmanların daha çox oxunması lazım olduğunu düşünür və yazımı burada nöqtələyirəm.
Anne Baba Biz Suçluyuz
Anne Baba Biz SuçluyuzAli Şeriati · Fecr Yayınevi · 20131,272 okunma
·
47 görüntüleme
Yorum yapabilmeniz için giriş yapmanız gerekmektedir.