Gönderi

7/10
·47 syf.··
Beğendi
·
2020 41. kitabı
·
10 saatte okudu
·
Okunma: 04 Ekim 2020 22:17
Sevil pyesi ilk tanışlığım babamın mənə "Ay Şahin mənim hekayəmi heç oxumusan?" deməyi ilə başladı. (P.S babamın adı Balaşahdı qısaca Balaş). Beləcə kitabı alıb oxumağa başladım. Sevil —1928-ci ildə Azərbaycanlı dramaturq Cəfər Cabbarlı tərəfindən qələmə alınmış pyesdir. Bu əsər əsas etibarilə qadınların cəmiyyətdəki rolundan, onların çəkdiyi əzablardan, apardıqları mübarizədən və nəhayət, geridə qalmış patriarxat ənənələr üzərindəki qələbəsindən bəhs edir. Çox rahat, anlaşılan dildə yazılmış, oxunaqlı əsərdir. Qadın azadlığı haqqında yazılmış bu əsərdə sovet dövrünün, ideologiyasının təsiri (din, sosializm barədə qeyd edilənlər) hiss edilsə də, əsər mövzu baxımından öz aktuallığını hələ də itirməmişdir. Çox təəssüf ki, yazılmasından 100 ilə yaxın vaxt keçməsinə baxmayaraq hələ də aktual olması yəqin ki, bir faciədir.
Edebiyat
SevilCafer Cabbarlı · ŞƏRQ-QƏRB · 1928614 okunma
·
916 Gösterim
Yorumlar
Yorum yapabilmeniz için giriş yapmanız gerekmektedir.