·140 syf.··Beğendi
···Okunma: 22 Temmuz 2021 13:52 NOTES FROM UNDERGROUND
Fyodor Dostoyevsky
Adsız qəhrəman 1860-cı illər Peterburqunda yaşayan, 40 yaşında, kiçik bir miras qaldığı üçün məmurluqdan ayrılmış, tənha bir kişidir. Dostoyevskinin bir çox əsərində 40 yaşı seçməsi təsadüfi xarakter daşımır. Onun fikrincə bu yaş mərhələsi kamilləşmə və insanın özünü daha çox tanıdığı, özü ilə üzləşdiyi zamandır. Roman obrazın xatirələri əsasında qələmə aldığı qırıq-qırıq, məntiqi ardıcıllığı olmayan, reallıqdan çox onun öz fikirlərini əks etdirən, və tez-tez təkrara əsaslanan qeydlərdən ibarətdir. Əsər boyu baş obrazın müasir cəmiyyətdən uzaqlaşmasının, və maarifli, savadlı hər bir kəsin bu bəlaya düçar olacağı düşüncəsi ilə rastlaşırıq.
Əsər iki hissədən ibarətdir. `Underground` yəni `yeraltı` adlanan birinci hissə qısa və baş obraz haqqında məlumat xarakterini daşıyır. İkinci hissə isə 1840-ci illərdə, yəni obrazın 24 yaşına təsadüf etditi günlərdə qarşılaşdığı xüsusi hadisələrdən bəhs edir. Bu hissədə obrazın romantizm cərəyanından, gözəllik vurğunu olduğu illərdən necə dəyişilərək yetkinləşdiyinin, cəmiyyətin müxtəlif simaları olan, əsgərlər, köhnə sinif yoldaşları, fahişələrlə olan münasibətinin, alınmayan dostluğunun, onlara qarşı duyduğu nifrət, tiksinmə və hissləri ilə tanış oluruq.
“Yeraltındakı adam”ın ən sevdiyi filosof məhz #immanuelkant -dır. Tez-tez onun fəlsəfəsindən çıxış edir. 18-ci əsrin 60-cı illərində məşhurlaşan Kant, insanın təbiətən rasional varlıq olduğuna inanırdı. Fransa burjua inqilabı vətəndaş anlayışı, konstitusiya, respublika və insan hüquqları anlayışının formalaşması ilə nəticələndi.
Yeraltından qeydlər Dostoyevskinin ikinci romanıdır, cəmiyyətə olan nifrətinin təcəssümüdür və fəlsəfi monoloq- roman xarakteri daşıyır. Baş obrazı anti-qəhrəman olan bu roman Dostoyevskinin ən çox yarımçıq qoyulan əsəridir.
Amma Dostoyevski, insanın rasional olduğuna və özü üçün nəyin yaxşı olacağına bilmədiyinə inanırdı. Onun fikrincə, rasional eqoizm alturizmin və sosial rifahın məhv olmasına, yalnız xaosa gətirib çıxara bilər. Çünki, insanlar məntiqli olmaqdan daha çox ağlı qarışmış haldadır.
Maraqlısı odur ki, şəxsiyyətindəki ikiləşmə elə sağlam şəxsiyyətin olmaması, fundamental dəyərlərin yoxluğundan irəli gəlir. Odur ki, protoqonist özü-özlüyündə bu qədər dillema ilə üzləşir. Rahatlıqla onu #overthinker adlandırmaq olar və hər şeyi sorğulayır.
Dostoyevski nə istədiyimizi bilmədiyimiz, daim onu dəyişdiyimiz və yalnız arzularımızı həyata keçirmək üçün yaşadığımız halda insanın rasionallığını sorğulayır.
Quotes:
• “The pleasure of despair. But then, it is in despair that we find the most acute pleasure, especially when we are aware of the hopelessness of the situation...
...everything is a mess in which it is impossible to tell what's what, but that despite this impossibility and deception it still hurts you, and the less you can understand, the more it hurts.”
• “you do not need free will to determine that twice two is four. That’s not what I call free will.”