7/10
·184 syf.··
Beğendi
·
2021 74. kitabı
·
10 saatte okudu
·
Okunma: 27 Temmuz 2021 17:18
Dostoyevskinin 23 yaşında qumar borcundan boğaza batdığı və debüt romanı olaraq 9 ay ərzində qələmə aldığı `Бедные люди` Makar Devuşkin və Varvara Dobroselova-nın bir-biri ilə olan məktublarından ibarətdir. Kasıblıq, aclıq, səfalət, varlı-kasıb münasibətləri, bədxərclik, sevgi kimi mövzular əsərin əsasını təşkil edir. Məktublaşmanın başından sonunadək Makar Varvaraya olan eşqini açıq şəkildə elan etməsə də ən sonuncu məktubunda hisslərini bütün açıqlığı ilə ortaya qoyur. Lakin roman sona çatdığından bizim üçün sual olaraq qalır. Makar Alekseyeviç Devuşkin 47 yaşında (Dostoyevski ənənəsinə sadiq qalaraq baş obrazı 40-lı yaşlarda seçib) sənədlərin üzünü köçürən, səfalət içində yaşayıb iş yoldaşları tərəfindən hörmət olunmayan bir məmurdur. Bütün həyatını Varvaranın xoşbəxtliyinə, maddi ehtiyaclarının ödənilməsinə həsr edib. Makarın soyadı Devuşkin `девочка`, yəni qız (yəqin ki, saflıq, bakirəlik) sözündən törəmişdir. Varvara Alekseyevna Dobroselova əvvəlcə atasını, daha sonra anasını itirmiş, dostları və yaxınları olmayan yetim bir qızdır. Ətrafında özünə tək yaxın hiss etdiyi Makardır və onunla mütəmadi olaraq məktublaşır. Əsərin sonlarına doğru səfalətə, aclığa və xəstəliyə dözməyərək Bıkovla ailə həyatı qurmağa razılıq vermişdir. Varvaranın soyadı Dobroselova isə `добро` sözündən yəni yaxşı, təmizqəlbli mənasından törəmişdir. Dul və xəsis Bıkovun soyadı isə `бык` yəni öküz sözündən törəmişdir və `güc`ü təmsil edir. Dostoyevski Puşkin və Qoqoldan təsirlənmişdir. Odur ki, əsərdə Varvara qənaət etdiyi 30 rubl ilə Pokrovskiyə doğum günündə Puşkinin əsərlərinin toplusunu hədiyyə edir. Varvara ilə Makarı bir-birinə bağlayan əsas bağ isə onların ədəbiyyata olan sevgisidir. Onlar bir-birlərinə məktub ilə yanaşı kitab da göndərirdilər. Lakin həmin dövrdə qiraətçilər romantik hesab olunurdu və bu əsərlərin insanın əxlaqını korladığını iddia edirdilər. Roman boyu oxucu ölümü və onun təsirini müşahidə edir. Varvaranın həyatını məktublarda öyrənirik, ilkin olaraq atasını itirir, daha sonra ona dərs deyən və aşiq olduğu Pokrovskiyə dünyasını dəyişir, və ən sonunda anasını itirir. Bu ölümlər Varvaranın həyatında köklü dəyişikliyə səbəb olur. Dostoyevski yazıçılıqdan əvvəl tərcüməçiliklə məşğul olurdu. Məhz əsər yazmağa da qumar və bədxərc həyat tərzinə görə məruz qaldığı borcları ödəmək üçün başlamışdır. Özü də dostu ilə birlikdə otaq icarəyə götürüb yaşayırdı. Odur ki, əsərdə canlandırdığı həyat özünün də yaşadığı və yaxşı müşahidə etdiyi mühitdir. Xoş mütaliələr!
Dünya Klasikleri
İnsancıklarFyodor Dostoyevski · Can Yayınları · 202376,9bin okunma
·
124 Gösterim
Yorumlar
Lütfen giriş yapınız.