Gönderi

ÇÜNKİ POXA ÇEVRİLDİN!
10/10
·250 syf.··
Beğendi
·
2019 28. kitabı
·
64 günde okudu
·
Okunma: 19 Aralık 2019 01:54
Hər bir azərbaycanlının mütləq oxuması gərəkən kitab! Bu kitabı oxumağım bir təsadüf idi. 2019'un dekabr ayında Xalamoğlundan oxumaq üçün almış, bəzi problemlərə görə yarım qoymuş və əlbəttə ki, yenidən başlayıb, oxumaqda gecikməmişdim. Elə təsadüfə bax ki, müəllif kitabını özü hədiyə etmişdi ona. Kitabı oxuyub, son səhifəsinə gəlib çatanda "Oydaaa!"- deyə a'ları uzadan təkcə mən deyilmişəmmiş. Kitabı sonradan ikinci dəfə oxudum. Yenə eyni ləzzəti aldım. Kitabın məzmuna aşağıda toxunacam, amma "sevimli baş rolumuzda çıxış edən Mirzəni bütün kitab boyu izləmək, hər cümləsdə bir şey qatacaq oxucuya" deməyə də indidən tələsirəm. Yazar kitabında bizim o əziz, doğma, başına döndüyümüz mentalitetimizi heç çətinlik çəkmədən qaldırıb, qoyur tərsəmayallaq! Yeri gəlmişkən mentalitet məftillərini aşa bilməyənlərin bu kitabdan uzaq durmağı xaiş olunur. Kitabda hərşey var. İçki, seks, intim səhnələri, söyüş, dini debat, orta statistik azərbaycanlının günlük həyatı, Casper Noe filmlərindəki gördüyümüz səhnələrdən tut hər növ insanın qarşılaşa biləcəyi, qarşılaşdığı, qarşılaşıb inkar elədiyi şeylərə qədər. Bəzi səhnələrdə qəhqəhə atdırır yazar oxucuya. Orijinaldan belə möhtəşəm kitab oxumaq həsrəti ilə yanırdım ki, hələ də oxuduğum andakı zövqünü yaşayıram. Spoiler? Yox! Yox! Spoiler o zaman olar ki, daha doğrusu o zaman olacaq ki, kitabı oxuyub, özünü tanıdıqdan sonra, hətta oturub üz-üzə özünlə danışacaqsan. Düşünürəm ki, o dialoqda keçmişindən spoiler yeyəcək oxucu. Mediamən'i hər bir azərbaycanlı oxumalıdır. Əlim dağın başına çatsa idi, bu kitabı götürüb qoyardım o dağın başına. Bu kitab realdır. Azərbaycan mentalitetinin absurd tərəflərini ustalıqla açıqlayır. Ona görə də bütün Pox və Pox olmayanlara tövsiyə edirəm. Ona görə ki, oxuyub, özünüzü tanıya bilərsiniz. Elə kitabın üzərində "Diqqətli olun özünüzü tanıya bilərsiniz!" - deyə xəbərdarlıq edən yazı var. Sayesində kitabı oxuduğum İngilab Quliyev'in kitab haqqında şərhini də aşağı ələva edirəm: "Həə.. Spaydırmən, Bətmən, X-mən, Supermən və s. Bənzədi? Fəqət, bu səfər söhbət DC (Detective Comics) qəhrəmanlarından deyil, bir AC (Az. Cümhuriyyəti) qəhrəmanından gedir. Cavid Osmanovun eyniadlı kitabında yaratdığı “Mediamən”-dən bəhs edəcəm. Kitabı, təxminən, 2 ay əvvəl oxumağa başladım. Normalda bir qurtuma oxuya biləcəyim kitab həcmində olan bu kitab o qədər içdən, o qədər səmimi, o qədər səlist, süst və bir neçə belə gözəl sözü daha özündə tərənnüm edə biləcək tərzdə başladı ki, “Hər gözəl şey tez bitir!” deyimini səhv çıxartmaq naminə bu kitabı aram-aram, yavaş-yavaş, həzm edə-edə oxumaq qərarına gəldim. Hətta, kitabı bağlayıb qoyanda əlfəcindən istifadə etmirdim ki, gələn dəfə qaldığım yeri tapana qədər oxuduğum yerləri təkrar oxumaq məcburiyyətində qalım. Nəhayət, bitdi və bitdiyi anda “Oy daaaa!” deyib qışqırmağıma yan otaqdakılar gəldi ki, nə olub? Dedim, ala, day bundan artıq nə olacaqdı? Kitab “çaygətir.az” saytında yeni işə başlayan Mirzənin jurnalistika sahəsində hədəflədiyi yüksəkliyə doğru gedərkən aldığı müsahibələrdən tutmuş paralel sevgi həyatına qədər-hər şeydən pitdə-pitdə bəhs edir. Hazırdakı medianın reytinqdən başqa bir dərdinin olmadığı və reytinq xətrinə hər cür hoqqadan çıxdığı ölkədə istedadlı, vicdanlı, saf və bir o qədər də orta statistik bir vətəndaş olan Mirzənin məhz bu sahədə irəliləməsinin ona asan başa gəlməyəcəyi gözlənilən olsa da dostluq və sevgi münasibətlərində gözlənilməz hadisələr baş verir. Nəinki, yeni səhifədə, adicə iki cümlə o tərəfdə belə gözlərini bərəldə biləcək surprizlə qarşılaşa bilərsən. Mentaliletin ən axmaq nöqtələri bu kitabda böyük ustalıqla izah edilib, cəmiyyətimizin əksər faizini təşkil edən kəslərin analizi kitabın “QIJI-oloq” hissəsində çox qəşəng verilib. Bəli! Diqqətli olun, özünüzü tanıya bilərsiniz! Kitabda özünüzlə qarşılaşacağınız, yaxud qarşılaşdığınızda “Oydaa! Ala, bu, mənim də başıma gəlmişdi!” deyə biləcəyiniz xeyli hadisə var. Xüsusilə də azdan-çoxdan kitab oxuyub, film izləyib, dünyəvi dəyərləri qavramısansa, mentalitet tozunu pencəyindən çırpmısansa və Bakıda bir müddət də olsa yaşamısansa, ən azından “Boş ev” məsələlərində müəllif ürəyindən tikan çıxardacaq. Bu kitabdan rus və azərbaycan təmayülləri arasında gedən əzəli rəqabətin nəticəsini də öyrənə, azacıq obyektiv yanaşmaq qabiliyyətin varsa, hansı təmayülün daha intellektual, daha səviyyəli olduğuna özlüyündə qənaət gətirə biləcəksən. Düzü, kitabı oxuduqca qeydlər edirdim ki, bitirəndə haqqında yazmaq daha asan olsun, nəyisə qeyd etməyi unutmayım. Kitabı bitirməyimlə bu yazıya başlamağım arasında bir siqaret zaman fasiləsi var və o zaman fasiləsində qərara gəldim ki, elə bu qədər danışmağım bəsdir. Oxuyan bu qədəri ilə də həvəslənib, inanıb, mənim referanslığıma kürək söykəyib kitabı əldə edib, oxuyacaq. Həm də qorxuram ki, daha artıq danışsam spoiler zad verərəm. Eyni zamanda kitabda bir çox yeni film, kitab adı öyrənəcəksiniz. Adını eşitdiyimiz, amma tam olaraq kim, yaxud nə olduğunu bilmədiyimiz və googlelamağa ərindiyimiz bir çox şəxs və qavram haqqında avtomatik məlumatlanacaqsınız. Nəysə! Xoş mütaliələr, əziz oxucu!"
Edebiyat
MediaMənCavid Osmanov · 05 okunma
·1 alıntı·
837 Gösterim
5 Yorum
İlk dəfədir qarşıma çıxır bu kitab. Kitab haqqında spoiler verərək yazmaqdansa sizin yazdığınız kimi kitabı oxuyan zaman keçirdiyiniz hissləri, kitabda sizi düşündürən məsələlər haqqında yazmaq daha doğrudu. Bir sözlə təhliliniz çox gözəl alınıb, mütləq bu kitabı tapmağa, oxumağa və oxutdurmağa çalışacam.
Nihad Manafov
Gönderi Sahibi
Çox nadir kitablardandır. Dediyim kimi mentalitet səddini aşa bilməyənlər uzaq dursa, yaxşıdı. Siz isə uzun zamankı müşahidəmə görə bu səddi aşmış kimi görürəm. İndi isə hazır olun, o müqəddəs şablon cümləni deyirəm: " Oxusaz çox şey qazanacaqsınız!" Ayrıcallığı budur ki, onlarda Betmən, bu kitabı oxuduqdan sonra Media Mən. Giriş də gözəldir: "Diqqətli olun özünüzü tanıya bilərsiniz." Həm oxusaz bu kitabın niyə belə az satıldığını daha yaxşı anlayacaqsınız. Kim bilir bəlkə siz də yaxşı ki, az satılır deyəcəksiz. Xoş oxumalarrrr!
Oxuyub bəyənməyəcəyimi bilirəm, amma bunu dediyim üçün oxuyub bəyənə də bilərəm. Bəyənməyə də bilərəm...
Nihad Manafov
Gönderi Sahibi
Bəli, budur Nurlan yenə səhnədə :D
Kitabdan heç alıntı yoxdu? Biraz da olsa təsəvvür yaranardı..
Nihad Manafov
Gönderi Sahibi
Kitabı 2 il əvvəl oxuduğum üçün alıntı etməmişəm. Hal-hazırda da əlimdə deyil. Alıntı kimi bir şey vurğulamışam amma. Onu da deməyəcəm, çünkü spoiler kimi ola bilər. Kitabı oxusaz görəcəksiniz. İncə qıl kimi kitabdır. O tərəfə vəya bu tərəfə bir anlıqmı anlıq yuvarlandımı insan yuvarlandı getdi.
Bu yorum görüntülenemiyor
Bu kitabda siqaret çəkməlik nə yaşanmış olabilər . Camaat Tolstoy , Dostoyevskinin əsərlərinə bele incələmə yazmır heç .
Nihad Manafov
Gönderi Sahibi
Kitab haqqında yazdığım incələmənin yetərli olduğunu düşünürəm. Dahası çox adamın oxuyub, iyrənəcəyi kitabdır. Bir azərbaycanlının həyatından bəhs edir. Soruşsan, kimsə Azərbaycanda elə yaşamır. Ona görə də hamı "Pox"a çevrilir. Başlanğıcda "Diqqətli oxuyun özünüzü tanıya bilərsiz" deyə giriş var. Ehtimal ki, kimsə "Pox" olduğunu qəbullanmaq istəməyəcək. Qaldı ki, Dostoyevski və Tolstoy'un mövzuları başqadır. Bundan da qəşəng incələmələr var. Bilmirəm, bəlkə mənimkində biraz şişirtmə hiss olunur, amma Azərbaycan ədəbiyyatında belə kitablar azdır. Bəlkə də bu təkdir. Sizə də oxuyub, xoş iyrənmələr diləyə bilərəm.
Yorum yapabilmeniz için giriş yapmanız gerekmektedir.