·219 syf.··Beğendi
···Okunma: 31 Temmuz 2021 19:57 Неточка Незванова
Özünə və istedadına vurğun ögey ata, uşağına qayğı göstərməkdən aciz xəstə ana və səfalət, ölüm, yalnızlıq və istismarı erkən uşaqlıqdan dadan Anna “Netoçka”- Dostoyevski tərəfindən 1 il qədər qısa zamanda yazılmış və yarımçıq qalmış bir romana xoş gəlmisiniz!
Əsərin ilk hissəsində Netoçkanı ögey atasının hekayəsini danışmağa başlayanda tanımağa başlayırıq. Özünə vurğun, istedadlı skirpka ifaçısı Yefimov tənbəlliyi ucbatından heç vaxt arzuladığı şöhrətə çata bilmir, baxmayaraq ki, bu işdə daim yüksək səslə gətirməyən bəxtini və xəstə həyat yoldaşını günahlandırır. Dünyada özündən talantlı və bacarıqlı skiripka ifaçısının olma ehtimalını qəbul etmir, bu fikir onu dəli etməyə kifayət edirdi. Tənbəlliyi, insanlarla ünsiyyət probleminə görə işsiz və səfil vəziyyətində, içki ilə ayaqda qalırdı. İçki üçün pulu isə ona bağlanan Netoçkanın hisslərini istismar edərək ondan alırdı. Netoçka isə öz növbəsində atalığını sevir, onun xəyali dünyasında yaşayır, bir gün anası olmadan atası ilə bu səfil məhəllədən, evdən qaçağına inanır, daha gözəl həyata qovuşacaqları gün üçün həyəcanla gün sayırdı. Birinci hissə Netoçkanın anasının (böyük ehtimal ki Yefimov tərəfindən) və atalığının ölməsi və onun yetim qalması ilə başa çatır.
İkinci hissədə, alicənab Şəhzadə X qorxmuş və ağlayan Netoçka ilə küçədə qarşılaşır, Yefimovun qızı olduğunu biləndə (atasına sənətkar kimi kömək və hörmət edirdi) övladlığa götürür və evinə aparır. Öz qızı kimi rəftar edərək sarayda yaşamasını təmin edir. Ciddi sosial dəyişiklik, ana-atasının ölümü Netoçkanın ağır xəstələnməsi ilə sonlanır, yavaş-yavaş sağalır və Şəhzadənin qızı Katya ilə tanış olur. İlk başda Katya Netoçkaya çox əziyyət verib onu alçaldaraq incitsə də sonradan çox yaxınlaşırlar. Netoçka həyatında ikinci dəfə aidiyyət duyğusunu hiss edir və ona bütün hissləri ilə bağlanır. Lakin Şəhzadə ailəsi ilə birgə Moskvaya köçməli olur və Netoçka ikinci dəfə ölümcül ayrılığı dadır.
Üçüncü hissədə Netoçkanı Katyanın ögey böyük bacısı Aleksandranın evində yoldaşı Piyotrla yaşadığını görürük. Aleksandra ona həm ana, bacı, rəfiqə, həm də müəllim olur. Bütün yaxınlıqlarına rəğmən Netoçka Aleksandrada dərin kədər hiss edir və illər sonra gizlincə oxuduğu Volter Skott romanının içindən çıxan məktubla bu sirri aşkarlayır.
Kitab yarımçıq sonluqla, Netoçkanın Piyotrun iş otağında etirafı ilə bitir. Bu etirafla o özündəki cəsarət və gücü aşkarlayır.
1848-ci ildə yazmağa başladığı romanı Dostoyevski 1849-cu ildə nəşr etdirir və dərhal Sibirə sürgünə göndərilir. 1859-cu ildə qayıtdıqdan sonra isə əslə yenidən işləyib tamamlamır.