10/10
·309 syf.··
Beğendi
·
2021 36. kitabı
·
4 günde okudu
·
Okunma: 12 Ağustos 2021 16:45
"Eğer bu dünyayı Tanrı yarattıysa ben Tanrı'nın yerinde olmak istemezdim; bu çaresizlik, bu acılar kalbimi kırardı." Bu kitabda ən sevdiyim alıntı, məhz bu oldu. Alain de Bottondan oxuduğum ilk kitab idi və müəllifin stilini, görüşünü, fəlsəfəsini çox bəyəndim. Kitab daha çox antik dövrdən müasir günümüzə qədər mövcud olan fəlsəfi fikirləri izah etmək xarakterlidir. Kitab altı bölümdən ibarətdir və hər bir bölümdə bəlli bir filosofun həyatıyla, fəlsəfi düşüncələriylə dolğun şəkildə tanış oluruq. Bununla yanaşı olaraq, müəllif hər bölümdə öz fəlsəfi düşüncələrini də əlavə edir. Kitabda görürük ki, əsrlər əvvəl yaşamış olmalarına baxmayaraq, o dövrlərdə formalaşmış fəlsəfi düşüncələr günümüzdə də aktualdır. Schopenhauerin "Kitaplarım ve düşüncelerim benden sonra sevilecek" fikri isə onu göstərir ki, kitabdakı adı çəkilən altı filosofun hər biri öz dövrlərində çox da sevilən biri olmayıblar. Dili sadədir, axıcıdır. Ən qəliz fikirlər belə anlaşılacaq formada tərcümə edilib. Fəlsəfi kitab olmasına baxmayaraq, bəzi cümlələr lazımsız şəxsi inkişaf kitablarından qat-qat çox iliklərimizə qədər təsir edir. Xoş mütaliələr! Not: İlk təhlilim idi. Həvəsim olsa, əvvəl oxuduğum və çox sevdiyim kitablar haqqında da paylaşım edəcəm.
Felsefe
Felsefenin TesellisiAlain de Botton · Sel Yayıncılık · 20224,261 okunma
··
5,5bin Gösterim
7 Yorum
Lütfen giriş yapınız.
Çox sadə və anlaşıqlı formada fikirlərini ifadə etmisən. Bu aralar fəlsəfə bataqlığına düşmüş biri olaraq, alıntıların və incələmən kitaba qarşı maraq oyatdı məndə. Xüsusən də qeyd etdiyin alıntı. Davamı gəlsin incələmələrinin, xoş mütaliələr 😊
Kamran İsazade
Gönderi Sahibi
Çox yaxşı anlayıram 😂. Təşəkkür edirəm 🤭.
Çok güzel yorumlamissiniz, yüreğinize sağlık
Kamran İsazade
Gönderi Sahibi
Teşekkür ederim, keyifli okumalar 😊
Fəlsəfə ilə bağlı bilgimin sıfır olduğu bir zamanda bu kitabı oxumuşdum, ona görə sonlarını sadəcə kitabı bitirmək üçün oxumuşdum. Ancaq maraqlı bir kitab idi, növbəti il yenidən oxumağı düşünürəm. Və incələməniz çox yaxşı olub. :)
Kamran İsazade
Gönderi Sahibi
Çox təşəkkür edirəm 😊.
"Kırık kalbin tesellisi" haqqında da nəsə gözləyirdim amma mən:D
Kamran İsazade
Gönderi Sahibi
Açığı, o bölümdəki mətni oxuyandan sonra daha da qırıldım, daha da pis hiss etdim deyə paylaşmadım 😂😂
Kitabın dilinin sadə və axıcılığını qeyd etdiyiniz kimi, mən də təhlilinizin də məhz bu cür olduğunu qeyd etmək istəyirəm 👏🏻👌🏻 Axarıncı olsun 🤗
Kamran İsazade
Gönderi Sahibi
Çox təşəkkür edirəm, Aysel xanım. Minnətdaram 🤭😊
Reklam
Ümumi incələmən kitaba qarşı maraq oyadandı. Çox sevdiyin alıntının isə bir cavabı var. Tanrının yerində insan kimi olmaq olmaz. Müqayisisə güc varlıqlardı.
Kamran İsazade
Gönderi Sahibi
Təşəkkür edirəm 🙂.
İncelemen çok güzel))
Kamran İsazade
Gönderi Sahibi
Teşekkürler 🙏🏼😊