Siz, ey ali insanlar, bunu məndən öyrənin: bazarda ali insanlara heç kim inanmır. Və əgər orada danışmaq istəyirsinizsə, nə olar ki?! Lakin kütlə göz vurur: "Biz hamımız bərabərik".
Siz, ey ali insanlar, kütlə beləcə göz vurub deyir, - ali insanlar yoxdur, biz hamımız bərabərik. İnsan insandır, Allahın qarşısında biz hamımız bərabərik!
Allahın qabağında! - Lakin həmin bu Allah daha ölüb. Lakin kütlə qabağında biz bərabər olmaq istəmirik. Siz, ey ali insanlar, bazardan rədd olun!