Gönderi

94 syf.
9/10 puan verdi
·
25 saatte okudu
I
Adını çox eşitdiyim kitablardan biri. İlk 50 səhifəsini oxuyana qədər kitabın mükəmməl olduğunu düşünürdüm, çünki siyasi (ya da buna bənzər bir şey) mövzuda idi. Amma 50-ci səhifədən sonrası axıcı da olsa, çox maraqlı deyildi, çünki bədii idi. Əgər sona qədər siyasi mövzuda olsaydı, mənim üçün bu kitab mükəmməl olardı. Kitabın 10-cu səhifəsində belə bir cümlə yazılmışdır: “Bir toplum nasılsa, yöneticileri de onlar gibidir.” Bu fikrin tam olaraq doğru olduğunu düşünmürəm. Çünki bir çox ölkə (həmçinin, Azərbaycanda) xalq tərəfindən istənilməyənlər tərəfindən idarə edilir. Əgər xalq hakimiyyəti istəyirsə, deməli yuxarıdakı cümlə doğru olar. Amma əgər xalq mövcud idarəçilikdən narazıdırsa və susub, heç bir şey etmirsə, normal olaraq, belə bir təəssürat yarana bilər ki, əgər hakimiyyət belədirsə, millət də belədir. Ona görə də, millət bir şeylər etməlidir. Həmçinin, Thomas Carlyl və Lev Tolstoy'un “Millətin tarixini kim yaradır?” sualı ilə bağlı mübahisəsi var ki, burada Lev Tolstoy'un düşüncəsinə qatılıram, hər şey millətdən asılıdır. Ancaq yazıçı sonda, əslində, bu iki şəxsin fikirlərinin əslində, bir-birini tamamladığını deyir. Daha sonra isə, Finlandiyanın keçmişi, Rusiyanın Finlandiyanı İsveçlilərdən alması ilə, Snellman'nın ölkəyə gətirdiyi yeniliklər, bir fin mədəniyyəti formalaşdırması, kilsə, təhsil, ordu və s. ilə bağlı dəyişikliklər yaratması Finlandiyanın dirçəlməsinə kömək etdi. Ən əsası, çox pis vəziyyətdə olmalarına baxmayaraq göstərdikləri iradə və gücü görmək çox yaxşı idi, bu da hər şeyin mümkün olacağını göstərir, bəlkə də, bizim üçün də bir ümid vardır, amma bu da bizdən asılıdır. Yazıçının ‘https://1000kitap.com/kitap/kitap--284831’ kitabı da maraqlı görünür, tezliklə oxumağı düşünürəm.
Beyaz Zambaklar Ülkesinde
Beyaz Zambaklar ÜlkesindeGrigory Petrov · Akvaryum Yayınları · 2013100,7bin okunma
·
340 görüntüleme
Bu yorum görüntülenemiyor
Yorum yapabilmeniz için giriş yapmanız gerekmektedir.