Akış
Ara
Ne Okusam?
Giriş Yap
Kaydol

Gönderi

"Lal" əsərində müəllif
Küçədə ağlayan altı və səkkiz yaşlı iki uşağı təsvir edir. Onlar müharibə illərində xanimanlarından ayrı düşmüş, ata-analarını itirmişlər. Onların səsinə bir intelligent,bir çinovnik, bir mömin nəhayət, sənəti məlum olmayan bir lal gəlir. Zəng səsini eşidən intelligent uşaqlara iki şahı atıb gedir. Azan səsinı eşidən mömin də gedir. Nəhayət,uşaqların yanında ancaq lal qalır. Bu lal mərhəmət hissi ilə coşaraq, ağlayan uşaqları qucağına alıb təsəlli verir və ovudur.Əslinə baxsan, milliyyəti, sənəti, peşəsi və əmlak vəziyyəti olmayan bu lal kişini, ədib, lal olduğu üçün yox, müəyyən dərəcədə kar olduğu üçün təsvir və tərif etmişdir. C.Məmmədquluzadənin təsvir etdiyi şəhərdə və küçədə ziyalılar, çinovniklər, tacirlər, möminlər mühitində yetim uşaqların halınaqalan yeganə adam laldır. Nə üçün? Çünki, bu lal һәm də kardır. , kar isə zəng səsini, yəni müasir burjua şüarlarını eşitmir, bu kar azan səsini, yəni din nümayəndələrinin hiylə və yalanını eşitmir.
··
113 görüntüleme
Raxana Suleyman okurunun profil resmi
Bu kitabın bu gün oxunması möcüzədir 🙂
Kərimova okurunun profil resmi
🤍 nə xoş o zaman mənə və ədəbiyyatımızla maraqlanıb sevərək bu kitabı oxuyan hər kəsə.
1 sonraki yanıtı göster
Yorum yapabilmeniz için giriş yapmanız gerekmektedir.