8/10
·142 syf.··
Beğendi
·
2021 86. kitabı
·
5 günde okudu
·
Okunma: 07 Eylül 2021 11:00
Doğan Cüceloğlunun qələmə aldığı #başıragötürenaile kitabı daha çox imtahan ərəfəsində uşaq sahibi olan valideynləri hədəfləsə də, ümumi olaraq övladla münasibət, onun seçim və həyatına müdaxilə, üslub və özgüvən kimi bir çox vacib mövzuları özündə əks etdirir. Daimi olaraq valideynə övladına seçim imkanı tanımalı olduğunu, onun həyatını özünün yaşamalı oluğunu vurğulayır. Unutmamaq lazımdır ki, övladın həyatı ona məxsusdur, valideynin yarımçıq qalan arzularının reallaşacağı ikinci şans deyil. İmtahan, universitet oxumaq insanın həyatında mühim rol oynasa da, xatırlamaq lazımdır ki, uğur təkcə bundan asılı deyil. #cüceloğlu təhsil həyatında uğurun heç də iş və ailə həyatında uğuru sığortalamadığını qeyd edir. Odur ki, valideyn çox diqqətlə qərar verməlidir, o övladının təhsildə, işdə, yaxud ailə həyatında uğurlu olsun? Yoxsa hamısı birlikdə həyatda? Son olaraq qeyd edim ki, övladdan olan gözlənti reallığa əsaslanmalıdır. Çünki, gözlənti daha sonra niyyətə və tələbə çevrilir. Bu isə uşağın potensialından artığıdırsa təhlükəli ola bilər. Bəs siz hansı pedaqoqun/psixoloqun kitablarına müraciət edirsiniz?
Ebeveynlik
Başarıya Götüren AileDoğan Cüceloğlu · Remzi Kitabevi · 20214,562 okunma
·
86 Gösterim
Yorumlar
Lütfen giriş yapınız.