Akış
Ara
Ne Okusam?
Giriş Yap
Kaydol
Gönderi Oluştur

Gönderi

424 syf.
·
Puan vermedi
·
9 saatte okudu
Rövşən Abdullaoğlunun “Relslər üzərinə uzanmış adam” romanı ABŞ-ın “Readers Favorite” beynəlxalq ədəbi qurumunun təşkilatçılığı ilə keçirilən müsabiqədə qızıl medal qazanıb. Öncəliklə onu qeyd edim ki, kitab bir çox gənclərimizin müasir Azərbaycan ədəbiyyatında bəyənmədiyi "kütlə kitabları"ndan, bayağılıqdan uzaq, orijinal bir üslubdadır. Dramatik, psixoloji, romantik janrlardan istofadə edən yazıçı 400səhifəlik bir əsərdə 10-larla mövzuya toxunub. )Kitabda haqqında danışacaq, fikir bildirəcək o qədər çox mövzu və fakt var ki... Uzun müddətdir öz ədəbiyyatımızdan üz döndərən biri olaraq deyə bilərəm ki, məni həqiqətən düşündürən, fərqli mənəvi hislər yaşatdi bu kitab.tesekkur edirem
Eyvaz Alieff
Eyvaz Alieff
..... Kitabda sevmədiyim hissələr yazılış tərzi ilə əlaqədardı. Belə bir misal verim. Məsələn, yeni bölüm 3-cü şəxs tərəfindən anladılmağa başlayır, birdən bölümün ortasında 1-ci şəxsə keçir. Ya da abzas daxilində bəzən cümlə sonluqları indiki zamandan keçmiş zamana dəyişilirdi. "Gedir, yaxınlaşır, düşündü" ......)novbeti kitablarinizda gormuyum Abdullaoglu) ”Ulduzları yerə düşməyə qoymayan nədir? Həm yazıları, həm kitabı yazmaqçün çəkilən əziyyət göz qabağındadır; çünki araşdırmalar çoxdur kitabda; öyrədici, düşündürücü. Bir-birinə bağlanan iki həyat..Keçmişə dayanan hadisələr.. 1985-ci il, Kanada, Nyu-Brunsvik əyaləti, Sent Jon şəhəri..Dorian, Ted..Ailənin hüzur mənbəyi Abigeyl (ana)..zəif xarakterli bir ata. Bir itki, dağılan ailə..Yalnızca Dorian’a yox, atasına da “atalıq” etməyə çalışan Ted..Getdikcə pisləşən vəziyyət və..Sadəcə bir-birlərinə sahib olduqlarını bilən qardaşlar.. Bir gün relslər üzərində baş verən hadisə və budur..tamamilə məhvolmuş həyat.. İllər sonra qardaşlardan birini yenə bu relslərin üzərinə gətirən həyat və relslər üzərində qəyri-adi tanışlıq.Ted(Dorian)-Faruq tanışlığı.. Bosniyalı müsəlman gənc Əmin🙃(hər kəsin sevgisini, rəğbətini qazanmış). Sonrasında gələn gözəl hadisələr, sonrası..və daha sonrası sizi parçalara ayıracaq hadisələr..😞Təsirindən çıxılmayan, unuda bilmədiyiniz, bütün bunların haqsızlıq olduğunu düşündüyünüz, qəzəblə, kinlə oxuyacağınız hadisələr..Bosniyada olanları hamımız dəfələrlə eşitmişik, onunla bağlı neçə neçə kitabları görmüşük, oxumuşuq.(Leyla,Paramparça, və s.)Bunları oxumaq insanın tüklərini biz-biz edir, baş verənləri düşündükcə tükənir insan. Qadınların, qızların başlarına gətirilənlər..😑😞 dəhşətdir! İnsanlıqdan nifrət edir insan. Müharibələrdə həmişə ən çox əziyyət çəkənlər qadınlar olub😣,həmişə. Kitabı oxuyarkən göz yaşlarınızda boğulmağa hazır olun, ancaq mütləq oxuyun.Oxumasanız, çox şey itirərsiz inanın. Mərhəmət və sevgi kimi ülvi hislərə inandıqdan sonra bütünlüklə şərə qalib gələ bilərik. Kitablarla və sevgiylə qalın Bir daha tesekkur
Eyvaz Alieff
Eyvaz Alieff
) İnsanlar həyatlarının nə zamansa bitəcəyindən qorxurlar. Halbuki onlar həyatlarının heç bir zaman başlamayacağından qorxmalıdırlar. Bir çoxları yaşamağa başlamamışlar. Başlamamış həyatın bitməsindən isə qorxmazlar." P.s.Yazıçının “Relslər üzərinə uzanmış adam” və “Bu şəhərdə kimsə yoxdur” romanları “Amazon” platformasında satışdadır. Müəllifin əsərləri bundan əvvəl də ABŞ-ın nüfuzlu ədəbi tənqid qurumları tərəfindən yüksək qiymətləndirilib.
Relslər Üzərinə Uzanmış Adam
Relslər Üzərinə Uzanmış AdamRövşen Abdullaoğlu · Qədim Qala · 20201,036 okunma
·
1.822 görüntüleme
VüsaIe Quluzadeh okurunun profil resmi
https://1000kitap.com/S_Va bitirdim ❤🙈🙈 saat 5)
nazli huseynzade okurunun profil resmi
Bir müddət əvvəl oxuduğum və çox bəyəndiyim bir əsərdə. Oxuduqda mən də çox təsirlənmişdim, həm də qürur duymuşdum belə bir əsəri yazanın azərbaycanlı olduğuna görə. İncələməniz çox gözəl olub, əməyinizə sağlıq. Oxumayanlar mütləq oxusun.
VüsaIe Quluzadeh okurunun profil resmi
Tesekkur ediremmm urekkk 🤗🤗🤗
4 sonraki yanıtı göster
Kitabsever okurunun profil resmi
Süper incələmə olub. Əlinə, əməyinə sağlıq. Abaddonu da oxu. Peşman olmazsan. 👏🏼👏🏼👏🏼👏🏼❤❤❤❤
VüsaIe Quluzadeh okurunun profil resmi
tesekkur ediremm urekkkk 🙈🙈🙈
3 sonraki yanıtı göster
Ləman okurunun profil resmi
Kitabı oxumağa həvəsləndirdiz :)
VüsaIe Quluzadeh okurunun profil resmi
😂😂ne gozelll
Vəfa Hafiz okurunun profil resmi
Hər şeyi yaxşı idi, amma Əminin şişirdilmiş dərəcədə mükəmməl olması çox süni alınıb, mənim fikrimcə. Bir də mənasız uzatmalar var idi. O qədər tərifə rəğmən gözlədiyim kimi deyildi.
VüsaIe Quluzadeh okurunun profil resmi
daha qisa ola bilerdi)ve qeyd etdiyim kimi bezen cumlelerde uzlasma uygun gelmirdi,ama yenede son yazarlar icerisinde Rovsen cox ondedi
1 sonraki yanıtı göster
Aydan okurunun profil resmi
Paramparça kitabının müəllifi kimdir?
Yorum yapabilmeniz için giriş yapmanız gerekmektedir.