Akış
Ara
Ne Okusam?
Giriş Yap
Kaydol

Gönderi

256 syf.
6/10 puan verdi
·
Beğendi
·
22 günde okudu
Ramiz Rövşendən oxuduğum ikinci kitabdır. Ramiz Rövşən dedikdə, sevgi-məhəbbət şeirləri canlanır gözlərimdə. Şairin şeirlərini öz dilindən dinləmək daha zövqlüdür əlbət. Amma kitabı oxumağın da var ayrı bir ləzzəti. Bəzi şeirlər xarici şairlərin şeirlərinə etdiyi tərcümələrdir.(Az qismi) Kitab: "Dünyanın sən olan yeri" "Səni tapşırıram ay işığına" "Yaylığını yel aparır" "Ayrılıq" "Günah" adlı 5 bölmədən və "Xəyanət" adlı kinopovestdən ibarətdir. Müəllif önsöz olaraq qeyd edir ki, "müxtəlif vaxtlarda, xüsusən gənclik illərimdə yazdığım və bu günəcən heç bir kitabımda çap olunmayan bir çox sevgi şeirlərim ilk dəfə işıq üzü görür." "Gənc Ramizin şeirləri" desək, yerinə düşər. Bunu mən demirəm, Ramiz Rövşənin söylədiyi sevdiyim sözlərdəndir. Bir neçə sətir də şerilərindən əlavə edim: Mən elə bilirdim ölərəm sənsiz, Mən sənsiz ölmədim, məni bağışla.. Sən öləndə kim olacaq gözlərini bağlayan? Qardaşmı olacaq? Yadmı olacaq? Bu dünyada bəlkə sənə ən çox ağlayan, Ən çox ağlatdığın qadın olacaq. Məncə, hər kəs "Ramiz Rövşən dəryası"na enməlidir.
Sevgi açarı
Sevgi açarıRamiz Rövşən · Teas Press · 201987 okunma
·
957 görüntüleme
Yorum yapabilmeniz için giriş yapmanız gerekmektedir.