Akış
Ara
Ne Okusam?
Giriş Yap
Kaydol
Gönderi Oluştur

Gönderi

196 syf.
·
Puan vermedi
Dünən kitabı bitirdikdən sonra incələmə haqqında düşünərkən, halımıza şükr etməli olduğumuzu nə yaxşı ki elə bir ölkədə doğulmamışam deyə sevinirdim ki açıq televizordan 11 yaşlı qızın ana olduğu xəbərini eşidərək, necə deyərlər beynim yandı... Dəhşət içində qalmışdım və halına yandığım Nojoud kimi qızların məndən çox uzaqda, başqa bir cəmiyyətdə olması ilə təskinlik taparkən, məndən sadəcə bir neçə kilometrlər uzaqlıqda yaşayan daha bir Nojoud məni çox qorxuzdu... Deməli ki bunun yaşadığın yerlə bir əlaqəsi yoxdur, tamamilə vicdan, insanlıq, dünyagörüşü ilə bağlıdır, ya da tam əksi, vicdansızlıq, insanlığa sığmamaq, dünyagörüşsüzlük.... Mən Əlhəmdülillah həm oğul, həm də qız anasıyam. Bir gün qızımın başına belə bir iş gəlsə çox yanardım, ya oğlum belə bir iş tutsa?... Düşüncəsi belə qorxuncdur, məncə hər ikisi... Oğul anaları lütfən, övladınızı böyüdərkən diqqətli olun, bir kişidən əvvəl mərhəmətli, vicdanlı, sevgi dolu bir insan böyüdün... Qız anaları lütfən, övladınızı böyüdərkən diqqətli olun, bir ana namizədindən əvvəl savadlı, dünyagörüşlü, öz sözünü deyə bilən, iradəli bir insan böyüdün... Əsərə gəlincə 10 yaşlı bir qızın başına gələnlər elə onun öz dilindən danışılır. Axıcı və qısa müddətdə bitirə biləcəyiniz bir əsərdir. Oxuduqca təsirlənməmək və dəhşətə gəlməmək mümkün deyil. Özündə taleyüklü məsələləri ehtiva edir, hər kəsə mütləq oxumağı tövsiyə edirəm.
Ben Nojoud 10 Yaşında Bir Dulum
Ben Nojoud 10 Yaşında Bir DulumNojoud Ali · Martı Yayınları · 2014791 okunma
··
645 görüntüleme
VüsaIe Quluzadeh okurunun profil resmi
tessuufki oxudugumuz her roman ele heyatin icinden goturulmuslerdir.bezi insanlar varki bele hadiseleri esidende Allah bizden uzaq ele deyir,ferg etmir men sen o,hamimiz bu cemiyyetin ,bu Vetenin ovladlariyiq.cox sey var ki insan dile getirmeye bele cekinir,ama o heyati yasayanlar var.O insanliqdan kenar sexsiyyetsize 4ay is verildi,biabirciliqdi,serefsizlikdi,alcaqliqdi.soz tapmiram valla.
nazli huseynzade okurunun profil resmi
Çox təəssüflər... Kim zəmanət verə bilər ki 4 aydan sonra başqalarının başına da bu dəhşəti gətirməyəcək😣 İnsan olduğum üçün utandığım an
4 sonraki yanıtı göster
Bu yorum görüntülenemiyor
Kitabsever okurunun profil resmi
Bəli, Nazlım. Oxuduğum kitablarda belə hadisələrlə çox rastlaşıram. Təəssüf ki, inanılası olmasa da reallıqdır. Əməyinə sağlıq.🌼💫
nazli huseynzade okurunun profil resmi
Çox sağol, diqqətinə görə🤗hə, çox təəssüf, kövrələrək oxuduqlarımızı, hıçqıra hıçqıra yaşayanlar var😔
2 sonraki yanıtı göster
Günel Şamilova okurunun profil resmi
Bu hələ bizim oxuduğumuz, bildiyimiz gerçəklərin bir qismidi.🙁
nazli huseynzade okurunun profil resmi
Əlbəttə ki, gün üzünə çıxmayan, ayıbdı heç kim bilməsin, biabır olarıq deyib, neçə neçə vəhşiləri n azadlığına şərait yaratmışıq, hələ bu eşitdiyimizdi, çox güman ki bilmədiklərimiz bildiklərimizdən də artıqdır😐
Yorum yapabilmeniz için giriş yapmanız gerekmektedir.