Gönderi

"Oğuz Atay, iyi olan her şeydi. İyiliğe ilişkin her şey."
10/10
·480 syf.··
Beğendi
·
2021 142. kitabı
·
9 günde okudu
·
Okunma: 27 Ekim 2021 23:09
İncələmə deməyək də, Oğuz Ataya və əsərlərinə olan hislərimin ifadəsi deyək:D Kitaba başlamağım biraz ani oldu. Həmişə bir kitabı oxuyarkən bundan sonra hansı kitaba başlayacağıma qərar verib elə oxumağa başlayıram. Bu dəfə ən yaxın dostumun mənə bu kitabı hədiyyə eləməsi ilə bir Oğuz Atay kitabının rəfdə gözləməsinə dayana bilmədim və dərhal oxumağa başladım. Oğuz Ataya olan heyranlığım əvvvəlki incələməmdə də(#138713709) vurğuladığım kimi Az kitabını oxuyarkən başladı. Düzü Oğuz Ataya aid olan alıntılar sosial şəbəkələrdə çox qarşıma çıxırdı. Özəlliklə də “Olric” və “Albayım”lı dialoqlar çox diqqətimi çəkirdi. Çox təəsüfki bunların 90%nin insanların uydurdurduğu alıntılar olduğunu sonradan öyrənmişdim. Belə bir yazarın əsərlərinin “popüler kültür kölesi” insanların əlinə düşməsi də içlər acısıdır. Bəlkə 100 nəfərdən 1i Tutunamayanları sona qədər oxumuşdur ya yox, amma hamı onun haqqında fikir sahibidir və hamı mütləq bir uydurma Oğuz Atay alıntısını özü oxumuş kimi paylaşır. Mənim bu kitabı oxumam isə düzü “O A lı bir anarxistin- Dərdanın oxuduqdan sonrakı hislərini anlamaq üçün oldu və qəribəsi də odur ki, oxuduqdan sonra eyni hisləri yaşamışdım. "Yedi yüz küsur sayfalık kitabı bitirmiş,tavana bakıyordu. Hayatı boyunca okuduğu ilk romandı. Anladığıysa bir toz kadar. Zihninde tek bir toz tanesi, hızla inip kalkan göğsündeyse Tutunamayanlar'ın geriye kalanı vardı. Bu yüzden nefes almakta zorlanıyordu. Cümleleri anlayamamış olsa da, bir araya geldiklerinde hissettiklerinden. Derda, Oğuz Atay'ı anlayamamış, ancak daha da ileriye gidip hissetmişti. Belki de oraya giden yol, anlamamaktan geçiyordu. Anlamayı sağlayacak anahtarlara sahip olmamaktan. Romandaki adlar, olaylar, karşılaşmalar, söylenenler, her şey başının etrafında dönüyor, evin dört duvarını renkten renge sokuyorlardı. Derda, tavanı bir gökkuşağı gibi izliyor, yağmurun altındaki bir sarhoş gibi yatıyordu. Bir adam geliyordu kapalı gözlerinin önüne. Her göz kırpışında. Yalnız bir adam. Romandaki bütün adlar tek bir adama aitmiş gibi geliyordu Derda'ya. Turgut'lar, Selim'ler, herkes tek bir adammış gibi. İyilikten inşa edilmiş bir adam. Belki de cam kırıklarından. Belki de havadan inşa edilmiş. Sonra karanlık bir taşla çarpışıyordu. Binbir parçaya bölünüyordu adam. Belki de buharlaşıyordu. Her ne yaşadıysa, karanlık bir taş olmuş ve adamı kum gibi ezmişti. Ya da buz gibi eritmiş, geriye de kitap kalmıştı. Kitap, Derda’nın anlamadığı her şeydi. Geriye kalanları iyi bilirdi. İnsanlardan geriye kalanlara mezar taşı denirdi. Göğsünün üstünde inip kalkan kitabın bir mezar taşı olduğuna inandı ve kırpmaktan vazgeçip gözlerini kapadı." "Tutunamayanlar”ı oxuduqdan bir müddət sonra “Korkuyu Beklerken” kitabını oxumağa başladım və anladım ki, əgər birinci bu kitaba başlayıb sonra “Tutunamayanlar”ı oxusaydım daha yaxşı başa düşərdim. 8 hekayədən ibarət bu əsərdəki ən sevdiyim hekayə “Unutulan” olmuşdu. Gələk “Tehlikeli oyunlar”a. Qələminə aşina olduğum üçün bu kitab mənə “Tutunamayanlar" qədər ağır gəlmədi. Və bu dəfə kitabın heç bir cümləsini qaçırmadan asta-asta oxumağa çalışırdım. “Tehlikeli oyunlar” kitabı burada bir oxuyucunun da dediyi kimi beynimizin içinə bir mikrofon yerləşdirmək kimidi. Oxumağa başlayanda albayın gerçəkmi yoxsa xəyal ürünümü olduğunu sorğulayırdım. İlərləyən səhifələrdə isə Bilgenin də olub olmamağı məni düşündürməyə başladı.( Doğrusu buna hələ də əmin deyiləm). Amma bunların bir önəmi yoxdu, önəmli olan onların beynimizin içərisində olmasıdır. Onsuz hansı gerçəyin yanılsama, hansı yanılsamanın gerçək olduğunu bilə bilmirik. Oğuz Atay iki əsas əsərində əsas obrazlarının intihar etdiyi, onun bunun tərəfində olduğunu düşündürtməməlidir. Oğuz Atayın qəhramanları ölərək ölümsüzləşirlər. “Tutunumayanlar”ın Selimi, “Tehlikeli oyunlar”ın Hikmet Benolu daima yaddaşımda qalacaq. Onların hər ikisinin ortaq cəhəti həm çevrələrini həm özlərini qurtarmaq istəkləri idi. Amma kimdən, nədən? Bəlkə də insanlıqdan... Çünki nə deyirdi Oğuzcum Atay: “Nihayet insanlık da öldü. Haber aldığımıza göre, uzun zamandır amansız bir hastalıkla pençeleşen insanlık, dün hayata gözlerini yummuştur.” "Tehlikeli oyunlar" kitabı Oğuz Atay kitabları içərisində oxuduqlarımın ən yaxşısı idi və digər kitablarını da oxumaq üçün səbirsizlənirəm. Çox təəsüf ki, dahi yazar 43 illik qısacıq həyatına 7 əsər sığdıra bilmişdir. Kaş daha çox yaşasaydın, daha çox yazsaydın və biz səni daha çox oxuya bilsəydik...
Edebiyat
Tehlikeli OyunlarOğuz Atay · İletişim Yayınları · 202538,8bin okunma
··
7,8bin Gösterim
3 Yorum
Lütfen giriş yapınız.
👏🏻
Hələki oxuya bilmədiyim kitablardan, açığı sənin oxuduğunu görəndə içimdə qısqanclıq yarandı, Belə də Davam 👍💪
İsazadə Şövkət
Gönderi Sahibi
Hazır hiss edədə oxuyarsan)
👍👍