Gönderi

Mənim kimilər
Mənim kimi insanlar bilmirəm nə qədərdir. Onu bilirəm ki, mənim kimiləri uzaqdan tanımaq daha yaxşıdır. Ən böyük boşluğu, ən böyük sevgini və ən böyük mənasızlaşmış nifrəti barındıra bilərlər özlərində. Yazarkən gözəl cümlələr qura bilərlər. Roman yaza bilərlər. Mənim kimiləri uzun-uzun dinləyə bilərsiniz. Oxuya bilərsiniz. Kimiləri üçün çox mənasız bir insanlıq sinfinə salına bilər mənim kimilər, kimiləri üçün də yaxşı ki, yaşanmışlar sinifinə. Bəzən yazacaq çox şeyləri olar, bəzən boşluğu tanımlamaq üçün tək kəlmə belə tapa bilməzlər. Tanrıya da inanmazlar. Həyatları bir fəlsəfəyə bağlıdır; ölüb heçliyə qarşımadan yaşamağa gecikməmək. Geciktikcə gecikib, mənim kimilər. Bəzən tələsib, zamanı qabaqladıqları da olub. O qədər az ki, indi soruşsan heç xatırlamazlar. Uşaqlıq illərinə təsadüf etdiyi nə qədər də məlum. Özlərində şən xarakter barındırırlar. Hərkəs onları üzlərində təbəssüm yaradacaq biri kimi tanıyır. Daha yaxından tanıyanlar isə qarmaşıq insan olduqlarını bilirlər. Hüzünlü olduqları zaman yazarlar, yazarlar... elə hey yazarlar. Bir yerdə ilişdikləri bax o anda yazmaq artıq mümkün deyil. Sonra başqa zaman başqa ruh halında yazdıqlarını yenidən oxuyarlar. O zaman nə qədər mənasız bir şey yazdıqlarını düşünər, kimləsə paylaşmadıqlarına sevinərlər. Həmişə belə olmaz, yazdıqlarının çox dəyərli olduğunun fərqinə vararlar, üstün ədəbi yazı dilinə sahib olmasa da. Bütün bu cümlələr Gnossienne No 1 ifasında parçalara bölünüb, yox olmaq üçün 1982'ci ilə gedərlər. Qatar stansiyasında qatarların gəlib-getməsini izləmək ən böyük zövqləri olar. İllərlə düşüncələri melanxolika ilə dolu olduğuna görə və kimləsə nəsə paylaşmadıqlarına görə vecsizləşməyə başlayıblar. Onları yaşamanın iç buruqluğundan çıxaracaq birini gözləyirlər, amma hər dəfəsində bir kəndin dumanlı səhər görüntüsü çökər düşüncələrinin üzərinə. Sadə insanlardılar, yaşayıb, yazıb, gəzib sonda heç olacaqlar. Sizin kimi. Mənim kimilər həm də biraz da mazoşistdilər. Fiziki yox! Mənəvi acını nəzərdə tuturam. Hərşeyin, hərkəsin acısını, göz yaşını daşımaq istəyirlər özlərində. 8 ildir ağlamır mənim kimilər, bəlkə də bu 8 dönüb, 40 olacaq, amma sonsuza qədər davam etməyəcək bu. Mənasız bir neçə vərdişləri də var; Sırğanı sol qulağına taxıb, telefonu sol ciblərinə qoyurlar. Siqaret çəkməkdən nifrət edirlər, amma 8 il əvvəlini bir anlıq xatırlamaq üçün maddi olan tək şeyə – bir içimlik dumana möhtacdırlar. Kimisə yarı yolda qoymağı sevməzlər. Özümün də hələ də kəlmələrdə ifadə edə bilmədiyim bir sevgi təsəvvürünə, gerçəkliyinə sahibdirlər. Ən çox nənələrini çox istəyirlər. Yaşamları ilə yox, ölümləri ilə çox istəyirlər. Hərşeyin olub-bitib yox olacağının hər gün fərqindədirlər. Bir gün əllərini tam boş hiss etdikləri zaman, o gün həqiqətə dönsə, sadəcə ən çox sevdikləri çantalarını, bir də pasportlarını götürüb, dünyanın torpaq yollarında əbədiyyən yox olmaq üzərə səyahətə çıxacaqlar. O zaman dünyanın ən gözəl günbatımına, ən qəşəng ulduzlarına sahib ola biləcəklər. Necə ki, indi də sahibdirlər, bax o zaman bir daha heç vaxt yazmayacaqlar, heçvaxt şəkil çəkməyəcəklər. O zaman növbəti Christopher McCandless yaşamağa başlayacaq, kim bilir sonu necə bitəcək bu hekayənin, amma Christopher kimi sonda S.O.S paylaşmayacaqlar. Tək istədikləri ölüm anına bir kənd yolunun üstündə, çinar ağaclarının altında bu musiqilərdən (youtu.be/hSnD30bcAS8) birinin müşaiyəti ilə ölməkdir. Bu sadəcə mənim kimilərdən alıntı idi. Mən və mənim kimilərdən alıntılanan kiçik bir parça. Nə tam olaraq mən nə də mənim kimilər!
··
1 artı 1'leme
·
546 görüntüleme
Fidan Cəfərova okurunun profil resmi
Bəzənsə yazacaq romanları olduğu halda yalnız özləriylə danışarlar. Dünyaya tanıdacaq çox şeyə sahib olduqları halda bunu yalnız özləri bilərlər. Bəzən içlərində elə şeylər gizlidir ki, bunu hamının bilməsini istərlər. Fərqində olmadan səhərə kimi danışarlar, kaş cümlələri qələmə alaydım deyib peşman olarlar. Qıraqdan sadə görünsələr də içlərindəki xaosdan bir şey anlamaq olmaz. Bəzən öz fikirlərinin qeyri-adiliyinin fərqinə varıb özlərini sevməyə başlarlar. Heç zaman nə dostluqlarına nə də sevgilərinə layiq bir adam görməzlər. Çünki elə insanlarla rastlaşacaqları günün çox uzaqda olacağını düşünərlər. Bəlkə də yazacaq çox şeyim var idi amma yazmaq istəmədim. Elə özümdən götürərək deyirəm yazmaqçün bir an seçmirəm. Kədərləndiyim hər an yazıram. Yanımda kimsə olsa, heç zaman həyatımı kitaba çevirə bilməyəcəyəm. Yazmaq təklik üçün daha rahatdır.
Maximumgorky okurunun profil resmi
Mənim yazmağım acizliyimdəndir. Paylaşmağı sevdiyim bəlli. Bunu bir kənara qoysaq, yazıram ki, düşündükcə qarşısında irədəmin qırıldığı şeylərdən xilas olum vəya təsirini mümkün olduğunca azaldım. Burda yazdığım o qədər şey var ki, bəzən onları unutmuşammış kimi hiss edirəm. Sözlərimə, kəlmələrimə xəyanətimdəndir bütün bunlar. Ya beləcə çox şeyi unudacam ya da bu fantaziyalar dünyasından ayılıb, gözümü bir gün Cənubi Amerika'da açacam.
1 sonraki yanıtı göster
Bu yorum görüntülenemiyor
Yorum yapabilmeniz için giriş yapmanız gerekmektedir.