Akış
Ara
Ne Okusam?
Giriş Yap
Kaydol

Gönderi

248 syf.
7/10 puan verdi
·
93 günde okudu
Stephen Hawking
Axırı ki bitirdim... Kitabın yorucu olduğunu birmənalı deyə bilərəm.Elmi bir əsər olduğuna görə çoxlu qarışıq yerlərin ola bilməsi normaldı ancaq Stephen bu əsərində 'kainatı sadələşdirilmiş dildə insanlığa çatdırmağı' başlıca hədəf kimi qoymuşdu.Bunu nə dərəcədə bacarıb'a gələcək olsaq,məncə,bacarmayıb.Burda bir qədər Stephen hawkingin bir yazar deyil fizik olması araya girir və üstəlik olaraq bu qarmaşıq kainatı,nəzəriyyələri nağıl kimi anlatmasını gözləmək absurt olardı.Bütün bunlardan əlavə isə problem əslində stephendə deyil bizlərin bu sahədə marağının olmaması və bu yönümdə cahil olmağımızdan qaynaqlanır. Kitabı 7/10 ilə qiymətləndirməyimin səbəbi isə sıxıcı olmasıdı.Uşaqlıqdan fizika və kosmologiyaya marağı olan və məlumatı olan biri olmağıma baxmayaraq kitabın çox hissəsində "mən nə oxudum" sualını dayanıb özümə verirdim.Həddindən artıq ad,teori,tarix,yer kimi bəlkə çoxda lazım olmayan spesifik şeylərin olması və yazarın teorilər arasında sərt keçişləri oxucunu anlaqsız qoyur. Kitab pis kitab deyil sadəcə ortalamanın üzərində məlumat tələb edir.Fizika sahəsində dərin insanların maraqla oxuya biləcəyi kitabdır.Lakin sıradan oxuyuculara görə qarışıq kitabdır. #
Zamanın Qısa Tarixi
Zamanın Qısa TarixiStephen W. Hawking · Qanun Nəşriyyatı · 20199,5bin okunma
·
140 görüntüleme
Yorum yapabilmeniz için giriş yapmanız gerekmektedir.