Akış
Ara
Ne Okusam?
Giriş Yap
Kaydol
Gönderi Oluştur

Gönderi

192 syf.
·
Puan vermedi
Aylak Adam
Kitabı elə indicə oxudum bitirdim. İndi isə naçizanə bir incələmə yazmaq niyyətindəyəm. Hər şeydən əvvəl bura bir böyük "MƏNCƏ" yazım, daha sonra kitaba keçid edim. Buradakı bir neçə incələmələri oxudum. Umumi rəy kitabın sıxıcı olduğu, hətta bir az irəli gedənlərinki kitabın oxumaqdan nifrət belə etdirə biləcəyi yönündə idi. Qatılmamaq əldə deyil.Sıxıcı yerləri var idi, hətta ortalarda həyatıma bir az action qatım deyə limonla balı bir-birinə qatıb yedim haha (evde denemeyiniz) ancaq yenə də həmən sıxıcı yerlər olduğunu kimi sıxıcı idi. İlk səhifələrini oxuyanda umumiyyətlə elə bildim Atılgan abimiz indiki bəzi yazarlar kimi statuslarını yığıb kitab yazıb, ancaq sonradan kitabın yazıldığı ilə nəzər salanda 1959 olduğunu gördüm. Hərhalda o zamanlar status yox imiş. İlk sətirlərdə ( ” …İçimdeki sıkıntı eridi. (Bu sıkıntı garsonun yüzündendi. Öyle sanıyordum. Paltomu tutarken yüzünü görmüştüm. Gülmekten değil sırıtmaktan kırışmış, gözleri, ne derler, sırnaşık mı, yok yılışıktı. Para versem elime yapışacaktı. Vermedim.”) bunları oxuyanda çox ləzzət elədi. Bir az dayanıb- gülməkdən yox, sırıtmaqdan qırışan gözlərin sahiblərinin necə bədbəxt olduqlarını düşündüm, yazığım gəldi.Odur ki, elə başlayan kimi Kamyunun “Yad” əsərini xatırladım. Çünki o da əsərə ən az bunun qədər qüvvətli cümlə ilə başlayırdı. “Bugün annem öldü, belki de dün bilmiyorum.” Belə cümlələri sanki yazarlar “qarğa-qarğa, məndə qoz var, kitabın axrını gözlə” demək üçün istifadə edir. Bəlkə də bu girişlər olmasaydı iki kitabı da tamamlamazdım. İki kitab da sevgi kimidir, əziyyət çəkirsən amma yenə də davam edirsən, bir dəfə almısan o dadı, əl çəkə bilmirsən. Yazarın stilində bəyənmədiyim şeyi də yazım ürəyimdə qalmasın. Məsələn, oğlanla qız yolda kitablardan zaddan, havadan-sudan danışaraq gedirlər. Dialoq halındadılar. Birdən yeni bir cümlə başlayır- “qarsonun qoyduğu stəkan dolusu portağal şirəsini bir nəfəsə içdi”. Cümlənin mübtədası yoxdur. Sorarım sizə hakim bey, kim içdi o şirəni? Hansı içdi? Iki nəfər idilər axı.Cümləyə mübtəda qoy da zalım, mən roman oxuyanda bu qədər zehni zülüm çəkməməliyəm axı. Baş qəhərmanımız C. uşaqlıqda aldığı travmalar, sevgisizlik ucbatından düşür küçələrə özünə sevgi axtarmağa. Axdardığı sevginin içində uşaqlıqda ona tək sevgi göstərən adam-xalasının əsintilərini də almaq istəyir bir yandan. Necə deyərlər, “it əppəyə, uşaq sevgiyə” (bu söz belə olmaya da bilər.). Bunu girdiyi münasibətlərdə “siz” müraciətinin yığışdırılması tələbi ilə də əlaqələndirirəm, çünki xalasına heç vaxt “siz” deyə müraciət etməmişdi, aralarında o qədər böyük dağlar olmamışdı. O, ailədən idi. Amma əgər bu söhbət olmasaydı, C. təzə tanış olduğu qızlarla sırf səmimilik adına tez bir zamanda “sən” müraciəti ərəfəsinə keçmək istəsəydi, onda ona qarşı çıxardım. Çünki məncə hər şey yavaş olmalıdır.Dünya yavaş hərəkət edir. Biz də yavaş olmalıyıq. Samanyolunda Sırlar dünyasındakı Salihin dostu ağ paltarlı kişinin də dediyi kimi “ nereye bu acele, nasıl olsa sonumuz kara toprak değil mi?:D” Biz sevdiyimiz yeməyi də həmişə yavaş- yavaş yeyirik, həzz almağa çalışırıq. Hər bir şeyi tezbazar edərək, bir müddət sonra etməyə bir məşğuliyyət də tapmaya bilərik. Eynən qəhrəmanımız C. kimi. Arkadaş, insanın hiç mi bir tutkusu olmaz? (ki kitabın elə əsas məğzi də budur, tutunamadık abi.) Bir dostum var. Onla iki il bundan qabaq getmişdik rus dili conversationuna. Hər conversationda olduğu kimi burada da birinci sual, özünü təqdim edib ardınca hobbilərin barəsində danışmaq idi. İndi hamı özü və hobbiləri barəsində danışır, birdən dostum qulağıma doğrulub “mən nə deyəcəm?” deyə soruşdu. Mən də yarı-yarımçıq ruscamla cavab verdim ki, denən “menya zavut filankəs, mne x let, ya student, uçus v azii... sözümü kəsdi ki, “bunları bilirəm e, mən hobbi yerinə nə deyəcəm, mənim hobbim var bəyəm?” Dedim “necə yəni sənin heç hobbin yoxdur ki”? Deyir, “siqaret çəkməyi desəm olar” :d? Nəysə, ona uydurma bir hobbi tapdıq, ancaq onun doğurdan da hobbisi, tutkusu, sevdiyi bir məşğuliyyəti yox idi. Həyatdan zövq almırdı. Necə C. elə də o dostum, yenə heç olmasa C. sevgi axdarırdı, kız peşində koşurdu, bunda o da yox idi. Həyat... C. personajını bir az da tənqid edim. Bu adam sevgi axdarışı içindədir, fəqət necə axdarır. Məsələn kitabın bir yerində bir qızı görür: Böyle bir gün tatlıcıda bir kadınla tanıştı. Kadının çocuk gibi sık sık burnunu çekişi onu daha kadınlaştırıyor, hoşuna gidiyordu. Üç gün sürdü. Sık sık burnunu çekiyor diye kadını bıraktı. Sırf bu hərəkətinə və ümumi seviyə baxışına görə məncə bu kitab 2000 səhifə olsaydı belə, C. sevgisini tapa bilməyəciydi. Çünki, sevgini maddi şeylərdə axdarırdı. Burunda, gözdə, saçda, qaşda və s. Ancaq sevgi niyəsiz olmalıdır. Onu sevirəm. - Niyə? -Pulu çoxdur, zəngindir? Təəssüf ki, mənim fikrimcə sevən “o”-nu sevmir, pulu sevir. Onu sevirəm -Niyə? -Çünki, çox ağıllıdır. Yenə də təəssüf, çünki sevdiyin ən yaxşı halda onun ağlıdır (O, bütün zehni fəaliyyətini o və ya bu şəkildə dayandırsa, sən də öz üzərində işləyib artıq ondan ağıllı hala gəldikdə nə olacaq sevginin axırı?), o deyil. Yəni, uzun sözün qısası onu demək istəyirəm ki, mənim zənnimdəki sevgi niyə sualına “bilmirəm” deyə cavab verəcəyimiz adamadır.(Çünki sevgi ruhən gəlir və ağıl ruhu anlayacaq qabiliyyətdə deyil) Təbii ki burda sevgi deyəndə ümumi sevgidən yox, kitabdakı sevgidən danışıram. Belə məsələlər individualdır, hər kəs fərqli yanaşa bilər. Sonra başqa bir yerdə- getməlidir sevgiliylə görüşə. Getmir. Gedib görüşün baş tutacağı yeri uzaqdan seyr edir. Hələ ikinci görüşlərində qızın, o gəlməsə nə qədər gözləyə biləcəyini sınayır. Gör bu adam nə qədər təkəbbürlüdür, insanlara necə yuxarıdan aşağı baxır ki, onları lap laboratoriya siçanı tək sınağa çəkir. Belə olan anlarda Kant təklif edir ki, fikirləşin, görün elədiyiniz hərəkəti hamı etsəydi nə olardı? Əgər nəticə pisdirsə, deməli yaxşı iş tutmursunuz. Düşünək, qız da onun kimi görüş yerinə getməyib, gəlib qıraq bucaqdan görüş yerini pussaydı, nə olacıydı :d. Sonra da gəlib qıza deyir vur mənə, mən hərgələyəm lol. Son olaraq, nəticə çıxarası olsam heç vaxt C. Kimi olmaq istəmərəm. Niyəsini izah edim. Romanda C. əslində bir yandan nihilist kimi dəydi gözümə. Mənim indiyə kimi ən bəyəndiyim nihilist obraz Turgenyevin Bazarovu idi (o elə ən sevdiyim obrazdır). Onun fərqi bunda idi ki, Bazarov həm də ədəbiyyatdakı ilk nihilist personaj idi. Cərəyan o illərdə hələ təzə yayılırdı (1862-ci ildə yazılıb Turgenyevin Atalar və oğullar kitabı). Ancaq sonrakı illərdə nihilizm özü də fərqli formalara büründü, o qədər ki, bir yerdən sonra hər şeyi rədd etmək, elə nihilizmin özünü də rədd etməyə qədər gedib çıxır. Nəticə olaraq mən də, C.-nın bu mız-mızlığını rədd eləyirəm. Yusuf Atılgana isə əhsən, istər mənfi, istərsə də, müsbət yanları ilə təsiredici obraz ortaya qoyub. Oğuz Atay, deyilənə görə "Aylak Adam"ı oxuyandan sonra Tutunamayanları yazıb. Mən də eyniadlı əsəri oxuyandan sonra bu incələməni yazdım:d. Bu arada, kitabda belə bir cümlə keçirdi- “Yoksa her şey ben olmadığım zaman, benim olmadığım yerlerde mi oluyor?” buranı oxuyursa cənab C.-ya məsləhət görürəm ki, əgər istəyirsə ki, hər şey onun olduğu zaman, onun olduğu yerdə baş versin, onda J ilə başlayan bir ada sahib xanım tapsın özünə, ikisi birlikdə CJ (Carl Johnson-Gta San Andreasdaki personajdi (gtada da hər şey ancaq CJ olduğu yerdə və zamanda baş verirdi:D )) olsunlar. Zarafatı bu qədər izah etmək məcburiyyətində qalacağımı bilə-bilə yazıya yerləşdirməyimin səbəbi, qeyd etdiyim cümləni oxuyandan kitabın sonuna qədər beynimdə fırlanmağı idi. Nəysə, sağ olun !
Aylak Adam
Aylak AdamYusuf Atılgan · Can Yayınları · 201959,6bin okunma
··
8,5bin görüntüleme
DostaViski okurunun profil resmi
Türkçə oxuyub azərbaycanca incələmək elə də asan deyil. :) Təbriklər.
Ulvi İsayev okurunun profil resmi
Düşüncə dilim azərbaycanca olduğundan mənə o qədər də çətin gəlmədi. Yenə də təşəkkürlər :)
1 sonraki yanıtı göster
VüsaIe Quluzadeh okurunun profil resmi
uzunuze demek kimi cixmasin ureyim cekildi oxuyana kimiiiii 🙈🙈🙈kitabi mende uzun muddetdi almisam ama hele uzunu acmaq nesib olmuyub.yeqinki bu incelemeden sonra hec olmayacaq da 😇
Ulvi İsayev okurunun profil resmi
O qədər ürəkçəkici idisə oxumazdınız da, nə məcburdu ? Haha
3 sonraki yanıtı göster
İsazadə Şövkət okurunun profil resmi
Sjjfksjfd axırı🤌🏻
Ulvi İsayev okurunun profil resmi
Hahaha, təşəkkür😆🤟🏿
Günay Ələsgərova okurunun profil resmi
İnceleme kitabdan daha zövqlü idi
Ulvi İsayev okurunun profil resmi
Çox sağ olun, təşəkkür eləyirəm 😊
Yorum yapabilmeniz için giriş yapmanız gerekmektedir.