Akış
Ara
Ne Okusam?
Giriş Yap
Kaydol

Gönderi

80 syf.
10/10 puan verdi
·
Beğendi
EGO=BEN
Kitabla bağlı çox ətraflı incələmə yaza bilərəmmi, bilmirəm. Digər incələmələrə də göz atın mütləq və mütləq bu kitabı oxuyun (ən azından siyahınıza əlavə edin). Daha ilk cümləsindən axıcı olan bir kitabdır, qısadır, distopik janrdadır. Oxuyarkən bir tərəfdən
1984
1984
kitabının dadını alırsınız. Oxuyacaq olanlar üçün bir-iki şeyi əvvəldən desəm onlar üçün daha yaxşı olar. Baş qəhramanımız "Eşitlik 7- 2521" adlı ( hər birinin adı kodlarla verilib ) 20 yaşında bir oğlandır. Bunu deyirəm çünki ilk başlarda demədiyi üçün çaşqınlıq olur. 2ci olaraq deyim ki, kitabda 'mən, sən, o' əvəzlikləri yerinə 'biz, siz, onlar' istifadə olunur, yəni əslində çox adam deyillər. Sonunda 'mən'ə 'biz' deməyin nəticəsində nələr olduğunu, insanların necə sadəcə bir-biri üçün yaşamalı olduqlarına inandıqlarını oxuyacaqsınız. Və Ego. Egonu necə yanlış anladığımızı, əslində 'ego'nun içimizdəki işıq, mənlik olduğunu, azadlığımızın simvolu olduğunu oxuyuruq. Fikirlərimi tam ifadə edə bilmirəm, siz ən yaxşısı gedin oxuyun, zaten qısacıqdı :D Oxuyacaq olanlara xoş mütaliələrr.
Ego - Hayatın Kaynağı, Manası ve Haysiyeti
Ego - Hayatın Kaynağı, Manası ve HaysiyetiAyn Rand · Plato Film Yayınları · 20071,395 okunma
·
1.230 görüntüleme
Waterlily okurunun profil resmi
Kitabın ümumi məğzi və aşıladığı fikri mən də çox sevmişdim, amma kurgusu mənə zəif gəlmişdi biraz. Ümumiyyətlə, çox nadir hallarda distopya kurgularını bəyənirəm, böyük ehtimal bundan qaynaqlanır :D. Kitabdakı "mən" və "biz" anlayışlarına göndərmə isə ,doğurdan, çox əjdaha idi.✨
admiral914 okurunun profil resmi
Sizin tam əksinizə mən distopik, ütopik kitabları oxuyarkən çox zövq alıram. Əlbəttə müqayisə etsək kurgusu zəif idi, amma axıcı olması, məni heç sıxmaması, özündə birləşdirdiyi mənalar mənə gözəl bir oxuma təcrübəsi yaşatdığı üçün puan kıra bilmədim. Əjdaha göndərmə fikrinizə qatılıram😁🤗 , hey düşündüm ki bu 'biz' məsələsinin axırı nəyə gedib çıxacaq, gözləntilərimi aşdı.
3 sonraki yanıtı göster
Yorum yapabilmeniz için giriş yapmanız gerekmektedir.