Akış
Ara
Ne Okusam?
Giriş Yap
Kaydol
Gönderi Oluştur

Gönderi

428 syf.
9/10 puan verdi
Kitab Rəyi!!
Kitab Rəyi!!! Başlıq: Şizofrenik Yazar: Vulf Dorn Səhifə: 427 Oxudum: 11/01 - 17/01/2022 Nəşriyyat: Yay (Teas press) Hərkəsə salam, Bu əsər,yazar ilə ilk tanışlığım oldu.Daha əvvəl, haqqında dəfələrlə xoş sözlər eşitsəm də,oxumaq nəsib olmamışdı. Roman, bizi 12 yanvar 1985-cı ilə aparır.Avtomobili ilə qəza törətmiş qəhrəmanımız, ağrılar içərisində, hadisə yerində son anlarını yaşayır.Kitab Rəyi!!! Başlıq: Şizofrenik Yazar: Vulf Dorn Səhifə: 427 Oxudum: 11/01 - 17/01/2022 Nəşriyyat: Yay (Teas press) Hərkəsə salam, Bu əsər,yazar ilə ilk tanışlığım oldu.Daha əvvəl, haqqında dəfələrlə xoş sözlər eşitsəm də,oxumaq nəsib olmamışdı. Roman, bizi 12 yanvar 1985-cı ilə aparır.Avtomobili ilə qəza törətmiş qəhrəmanımız, ağrılar içərisində, hadisə yerində son anlarını yaşayır. Əsərdə,bundan 23 il sonra ,doğma şəhərinə qayıdan Jan Forstner'in başına gələn hadisələrdən bəhs olunur.Psixoloji triller janrında olan əsərdə,yaşanan bütün hadisələri,həqiqətən özünüz yaşamış kimi hiss edə bilirsiniz.İstər axıcı olması,istərsə də hadisələrin sizi öz ağuşuna alması ilə,əsəri həvəslə, yorulmadan oxuyacağınızı düşünürəm.Ara-sıra lüzumsuz olduğunu düşündüm, hissələri də oldu.(Məs, Robert De Niro və Dunya adlı qızdan bəhs edən hissə).Ümumi olaraq,romanı çox bəyəndim.Yazarın digər əsərlərini oxumaq üçün, səbrsizliklə gözləyirəm. #vulfdorn #şizofrenik #teaspress #roman #oxudumbitdi Təşəkkürlər.
Şizofrenik
ŞizofrenikWulf Dorn · Yay Nəşriyyat · 05,4bin okunma
·
85 görüntüleme
Yorum yapabilmeniz için giriş yapmanız gerekmektedir.