Akış
Ara
Ne Okusam?
Giriş Yap
Kaydol

Gönderi

Basdirin! Kitab oxuyun, maariflənin, mədəniləşin, inkişaf edin! Nə qədər olar axı? - Asiman bəy bir az sakitləşdi. - Vallah mənim ürəyim ağrıyır. Öləcəm mən axırda. Gənc gəlir yanıma, nəsə soruşursan, qalır belə. Bir dəfə tədbirə getmişəm. Gənc qız yaxınlaşır mənə. Aktrisa olub indi. Seriallarda-zadda çəkilir. Deyir ki, Asiman bay, siz məni bir neçə il bundan öncə işə qəbul etmədiniz. Təəccübləndim. Yaraşıqlı qız idi. Soruşdum ki, nə deyib işə götürmədim? Cavab verir ki, siz məndən soruşduz ki, Çingiz Abdullayev kimdi, mən də dedim ki, bilmirəm. Təsəvvür edirsən, Çingiz Abdullayevi tanımayan adamı? Amma var belələri! Dedim qızım, elə düz edib səni götürməmişəm işə! Mən xalqımın düşməni deyiləm! Nə də ki, rusdilliləri ilahiləşdirmirəm! Amma adam gərək vicdanla danışsın! Başa düşürsən?
Sayfa 173
·
129 görüntüleme
Yorum yapabilmeniz için giriş yapmanız gerekmektedir.