Akış
Ara
Ne Okusam?
Giriş Yap
Kaydol
Gönderi Oluştur

Gönderi

192 syf.
6/10 puan verdi
·
58 günde okudu
Albert Camus
Fransız yazıçı Albert Kamyu ilə ilk tanışlığım bu kitab vasitəsilə oldu.Albertin tərzi digər oxuduğum yazarlardan fərqlənir.İlk tanışlıq olduğu üçün bəzən ifadələrini tam başa düşmədim.Kamyu haqqında bunları deyə bilərəm: Əvvəla çox realist bir yazıçıdır və bunu öz ifadələrində də etiraf edib.Cümlə quruluşları olduqca mürəkkəbdir, sizi anlıq dayanıb düşünməyə və anlamağa vadar edir. • Əsərə gəldikdə isə bütövlükdə tək parça bir kitab yox, kiçik esselərdən ibarət hekayələrin məcmusudur.Esselərin ortaq bir yanını söyləyə bilərəm ki, Albert müharibə illərindəki çətinlikləri və ümumilikdə izdirab içində yaşayan şəxslərin danışan dili olmağa çalışıb.Həmçinin dövrünün ədalətsizliyini və faşizmin qəddarlığını bizlərə anlatmağa çalışır.Mən isə xüsusən "Çörək və Azadlıq" hissəsini, həmçinin də sondaki nobel mükafatını qəbul edərkən söylədiyi nitqi həvəslə oxudum.Esselər arasından bəzilərində yazarın fikri mənə qapalı qutu kimi qaldı. Çox yaxın olmayan illər sonra yenidən bu kitabı oxuyub daha yaxşı anlamaq istiyərəm.İndilik isə bəzi hissələri xaric ümumilikdə sıxıldığım və gec bitirdiyim kitablardan biri oldu. Düşünürəm ki bu tip kitabları dərk edib oxumaq üçün onlarla kitablıq bir keçmişiniz olmalıdı. #
Hə ilə Yox Arasında
Hə ilə Yox ArasındaAlbert Camus · Qanun Nəşriyyatı · 20195,4bin okunma
·
118 görüntüleme
Yorum yapabilmeniz için giriş yapmanız gerekmektedir.