Kitabı bacım kitabxanadan götürmüşdü. Üz qabığı və adı çox maraqlı gəldi. Amma bundan ziyadə kitabı oxumuş birinin ilk səhifəyə yazdığı not fikrimi cəlb etdi."Unutma ki, sən həyatın mərkəzindəsən...Özünü kitab oxuyaraq müsbət->istiqamətdə dəyişəsən... İnşAllah.
Bəlkə də kitabdakı dünyanı dəyişmək istəyən insan sənsən??? 30.08.2017"
Oxumağa qərar verdim. Altından xətt çəkmək istədiyin cümlələrin səndən qabaq altından xətt çəkilməsi, eyni cümlələrdə rastlaşmaq dünyanın ən xoş rastlaşması ola bilərdi.Həmin oxucunu tanımıram. Amma bəlkə də biz elə dünyanı dəyişmək istəyərkən eyni cümlələrdə rastlaşmışdıq. Kitab sevgisiylə qalın və kitabı onun üz qabığı ilə mühakimə etməyin. Bəzən ilk səhifəyə də baxın(: Ray Bradbury