Gönderi

312 syf.
·
Puan vermedi
·
22 günde okudu
1984. Bəlkə də, yazıçı bu əsəri yazanda yazdıqlarının bu və ya digər formada bu tarixdə həyata keçəcəyini düşünürdü. Kitabın ilk səhifələri mənə tarix kitablarında oxuduğum SSRİ dövrünü xatırladırdı, xüsusilə də "böyük qardaş", təqib etmələr, işgəncə vermələr, uşaqların partiya şərəfini qorumaq üçün valideynlərini belə satmaları və s. Lakin daha kəskin, daha ağrılı, şüura nüfuz etməyi bacaran bir partiya və onun hakimiyyətindən bəhs edir bu kitab. Bəzi məsələləri günümüzlə çox bağlı olsa da, indikindən daha fərqli bir sivilizasiyanı əks etdirir. Ən maraqlı məsələ partiyanın daha çox öz üzvlərini, dövlət idarələrində çalışan partiya üzvlərini adi, sadə xalq olan prollardan daha çox nəzarətdə saxlamasıdır. Bu da yalanların yaradıcılarının bu işin içində olduğu üçün, etdikləri işin mahiyyətini dərk etdiyi üçün ona daha çox nifrət edə bilməsi ilə izah oluna bilər. Lakin Uinstonun da dediyi kimi "Yeganə ümid prollara olan ümiddir". Partiya sadə xalqın başını yalan statistikalarla (rifah rəqəmləri), saxta lotoreyalarla və s.daim qataraq onları siyasətdən, reallıqdan bacardığı qədər uzaq saxlamağa çalışır. Nəticədə artıq əmin olur ki, onlardan ziyan gəlməyəcək. Partiya üçün önəmli olan hakimiyyətdir, kütlələri əsarətdə saxlamaqdır, bunun da tək yolu işgəncədir. Əsərin sonunda partiyanın onun əksinə yönəlmiş fikirlərə qalib gəlməsi əks olunsa da, fikrimcə yalan, işgəncə, nifrət üzərində qurulan bir sivilizasiya məhvə məhkumdur! Uinston kimi düşünənlər yenə peyda olacaq, nəhayət prollar ayılacaq və partiyanı məğlub edəcək gücə sahib ola biləcəklər.
1984
1984George Orwell · Halk Kitabevi · 2021167,1bin okunma
·
85 görüntüleme
Yorum yapabilmeniz için giriş yapmanız gerekmektedir.