Akış
Ara
Ne Okusam?
Giriş Yap
Kaydol
Gönderi Oluştur

Gönderi

386 syf.
8/10 puan verdi
·
25 günde okudu
Şairin son illərdə yazdığı şeirlərinin toplandığı bu kitabda Vətənə,təbiətə və Musa Yaqub poeziyasının olmazsa olmazı olan sevgiyə dair mükəmməl şeirlərlə rastlaşırıq.”Payıza baxıram”ın ilk səhifələrində şairin həyat və yaradıcılığını daha yaxşı şəkildə mənimsəməmiz məqsədilə Ümman sakitliyi adlanan önsöz daxil edilib.Təxminən ilk 200 səhifədəki şeirlər vətənə və təbiətə həsr edilmişdir.Vətənə aid şeirləri ruhlandırıcı motivlərlə doludur.Son səhifələr isə sevgi şeirləridir.Musa Yaqub şeirləri ilə ruhumu oxşadı desəm yeridir. Şairdə diqqətimi çəkən bir payız sevdası var ki,qeyd etməsəm olmaz.Payızda yarpaqların tökülüşünə,küləyin pıçıltısına,payızın xatirələri oyatmasına tez-tez müraciət edir.Bəlkə də şeirlərini ömrünün payızında yazdığına işarə edir,nə bilmək olar..Bu mənada kitabın adının çox düzgün seçildiyini düşünürəm. Baxıram… Payızın nəyi olacaq? Ələnən ələyi, Solan çiçəyi, Soyuyan torpağı Düşən yarpağı Az qala şeirlərin yarısını alıntılamışam,qeyd dəftərimə də köçürmüşəm çoxunu.Tez-tez qayıdacağam buralara.Şeirə ehtiyac olduqca..
Payıza baxıram
Payıza baxıramMusa Yaqub · Araz Nəşriyyatı · 201019 okunma
·
492 görüntüleme
Yorum yapabilmeniz için giriş yapmanız gerekmektedir.