Akış
Ara
Ne Okusam?
Giriş Yap
Kaydol

Gönderi

Şeir oxuyarkən...
O, sevdiyi qıza   şeir oxudu, Döndü misralara   qəlbinin odu! Oxudu eşqindən,   məhəbbətindən, Taleyin ən ulu   həqiqətindən. Düşündü: söz axsın   duyğular kimi, Ürəkdə kükrəyən   dalğalar kimi. Susdu, nəfəsini   bir anlıq dərdi: — Şerin yaxşı mənə   yuxu gətirdi! Uçuldu İlhamdan   qızıl taci-taxt! Bəlkə qız haqlıydı, Şairsə bədbaxt!
Nəbi Xəzri
Nəbi Xəzri
·
52 görüntüleme
Yorum yapabilmeniz için giriş yapmanız gerekmektedir.