“…Mustafa olarak doğmuş, Kemalle büyümüş,Paşa ile tanınmış, Gazi ile lider olmuş, ve sonunda ATATÜRKle halkın atası kabul edilmiş”.
Bu dəfə Gazi Mustafa Kemal Paşanı 6 yaşından bəri Selanikdə uşaqlıq dostu, daha sonra tələbə yoldaşı, dövlət xadimi olduqdan sonra yavəri, ömrünün son dəqiqələrinədək yanında olan əbədi dostu Salih Bozok’un dilindən dinləyirik.
Kitabda artıq xəstəliyi ağırlaşan Atatürkün anası Zübeydə xanımın Sahil Bozokla Mustafanın bəyəndiyi Latife Uşakini görməyə getməsi, lakin ölümündən öncə Latife ilə oğlunun evlənməsinə mane olması, bu evliliyin xoşbəxt sonlanmayacağına dair Salihə məlumat verdiyi, lakin Salihin buna inanmadığı qeyd olunur. Zübeydə xanım, Latifənin oğluna yox, onun məhz Gazi kimliyinə aşiq olduğunu, bundan özünün də xəbərdar olmadığını düşünür. Təəssüf ki, gözlədiyi baş verir, 1923-1925-ci illər ərzində evlilikləri ayaqda qala bilir.
Dinlədikcə içimi isidən Atatürkün hər bir addımında özünün xalqına rol model, nümunə olması, xalqla iç-içə, uzaqgörən, innovativ və uşaq ruhlu olması idi.
Qeyd olunur ki, Atatürk heyvanları çox sevər, hətta onun şərəfinə qurban kəsildikdə üzünü başqa tərəfə tuturmuş. Müharibələrdə yanında olan atına və itinə xüsusi bağlı idi. Hətta iti foks son nəfəsini verərkən belə yanında imiş.
Kemal haqda bilinən ən maraqlı hadisələrdən biri isə hələ hərbiçi ikən bazar meydanında bir falçının əlini tutaraq falına baxması və 15 il müddətinə padişah olacağı kəhanətini irəli sürməsidir. Hətta dostları ilə birgə buna gülmüş, daha sonra məhz o cəbhə yoldaşları ilə Türkiyə Cumhuriyyətini qurmuşdur.
Dostları ilə Olimpos Gazinosunda necə hakimiyyətə gələcəyi barədə olan bu söhbəti ilə rəyimi yekunlaşdırıram.
Salih Bozok’a- Salih der seninle hiç ayrılmayacağız.
"Seni kendime yâver yapacağım." Masadakiler sorar:
"Peki sen ne olacaksın?"
Yanıt kısadır:
"Ben, size bu görevleri verecek adam olacağım."
Xoş mütaliələr!