“Satranç” bir nəfəsə oxunulacaq bir kitabdır. Başlarda biraz sıxıcı ola bilər ama sonra kitab çox axıcı gedir. Dr. B. Avstriya hökümətinin nümayəndələrinin bütün gizliliklərini bilən və onların mal-varlıqlarını idarə edən biri olduğu üçün Gestapo tərəfindən tutulur. Ama Dr.B.-yə digərləri kimi fiziki zülm deyildə, psixoloji zülm edirdilər. Onu bir oteldə 4 divardan ibarət bir otağda saxlayırlar. Otaqda qətiyyən kağız, qələm,qəzet və s. kimi baş qatmaq üçün heçbirşeyə icazə yoxdur. Beləliklə insanın təklikdən fikirlərinə boğulub hərşeyi etiraf etdirməyə çalışırlar. Dr. B. sorğuya alınacağını gözləyərkən kiminsə asılı olan paltosunun cibində kitab olduğunu hiss edir və kitabın nə kitabı olduğunu bilmədən onu oğurlayır. “Cəhənnəm”-inə geri dönəndə kitabın şahmat dərs kitabı olduğunu anlayır. Bununla da Dr.B.-nin qorxunc təkliyi sonlanır. Kitabda olan 150 şahmat partiyasın dəfələrlə təkrar-təkrar oynayıb əzbərləyir və bu ona bəs etmir.Beləliklə də özündən yeni partiyalar icad etməyə çalışır. Beynində iki fərqli nəfərlik oyun oynamağa başlayır. Bu oyunlar bitməz hal alır . Gecə yatarkən belə şahmat oynayır. Özünə zərər verməyə başlayır və tezliklə xəstəxanaya yerləşdirilir. Kitabda faşizmin insan ruhuna nə dərəcə zərər verdiyini bunun nəticələrini acınacaqlı vəziyyətdə göstərir.