Akış
Ara
Ne Okusam?
Giriş Yap
Kaydol

Gönderi

-Niyə məktəbdə deyilsiniz? Dərs oxumaq əvəzinə günlərlə tək-tənha dolaşırsınız? -Bilirsiniz, məktəbdə mənim üçün darıxmırlar, - qız cavab verdi. - Onlar mənim qaradinməz olduğumu söyləyirlər. Guya mən insanlara yovuşmuram. Qəribədir. Çünki mən əslində kifayət qədər ünsiyyətciləm. Məsələnin məğzi ünsiyyət sözünün hansı anlama gəlməsindədir. Mənə görə, insanlarla ünsiyyətə girmək elə sizinlə çənə vurmaq kimidir. - O, bağda ağacın altında tapdığı şabalıdları ovcuna götürdü. - Ya da dünyanın necə ecazkar olmağından söhbət açmaq. Mən insanlarla olmağı xoşlayıram. Amma hamısını bir yerə toplayıb, heç birinə ağzını açmağa imkan verməmək - bunun harası ünsiyyət oldu ki?
··
141 görüntüleme
Yorum yapabilmeniz için giriş yapmanız gerekmektedir.