Akış
Ara
Ne Okusam?
Giriş Yap
Kaydol

Gönderi

Zadiq azmamaq üçün göydəki ulduzlara baxaraq yol gedirdi. Ovçular bürcü ilə parlaq Sirius ulduzu onu qarşıda görünən Kanop ulduzuna sarı yönəldirdi. O bizim gözümüzə kiçik közcüklər kimi görünən bu azman, işıqlı kürələrə uzun-uzadı baxmağı çox sevirdi, elə kosmosdan baxanda kiçicik bir tozcuq kimi güclə sezilən Yer kürəsi də biz görməmiş insanların gözünə ucsuz bucaqsız, sonsuz böyüklükdə görünmürmü? Bu anda Zadiq insanlığın gerçək varlığını olduğu kimi görməyə başladı, bu anlarında insanlıq onun gözünə kiçik çamır qalağında qaynaşıb bir-birini yeyən böcək yığını kimi Gözləri önündə canlanan bu obraz ona özünün də, Babilin də heçliyini anladaraq, dərdini bir anlığa yüngülləşdirdi. Zadiqin ruhu elə bil bir anlığa bədənindən ayrılaraq sonsuzluğa qovuşdu, ruhu bu sonsuzluqda uçaraq kainatın dəyişməz qanunauyğunluqlarını qavramağa başladı. Bir azdan göylərdən yerə enən Zadiq ürək döyüntülərini eşidərək özünə gəldi.
18 görüntüleme
Yorum yapabilmeniz için giriş yapmanız gerekmektedir.