Gönderi

Kuyucaklı Yusuf
Puan vermedi·222 syf.··
2022 12. kitabı
İlk yazını bu roman haqqında paylaşmağı düşündüm. Sabahattin Ali'nin qələmə aldığı , "Kürk mantolu madonna" və "İçimizdeki Şeytan" əsərləri ilə birlikdə yazıçısını daha da sevdirən roman 20-ci əsrin əvvəli,faciəvi bir cinayətdə ana və atasının, gözləri önündə qətlə yetirilməsinə şahid olan "Kuyucak" lı Yusuf haqqındadır. Baş personaj Yusuf,hərhansı xüsusi xarakteri ilə seçilmir,əksinə sıradanlığı ilə nəzərə çarpır.Lakin onu digərlərindən fərqləndirən şey,o "adamların" içində insan qala bilməsidir. Amma bu əsərdə diqqətimi daha çox əsas qəhrəman "Yusuf" yox, "Salâhattin Bey" və "Kübra" çəkdi."İçimizdeki şeytan" və "Kürk mantolu madonna" əsərlərindəki "veznedar Hafız Efendi" və "Raif efendi" xarakterlərindəki oxşarığı Salâhattin Beydə də hiss etdim.Müəyyən bir yaşanmışlığın ardından gələn həyatdan bezmişlik ,məncə bu xarakterləri bir birinə bənzədirdi;bundan əlavə əsərdə Kubra və anasının başına daha sonra nə kimi hadisələrin gəldiyini bilmədik. Qeyd edim ki,"Kuyucaklı Yusuf" romanı,Sabahattin alinin ilk romanıdır.
Roman
Kuyucaklı YusufSabahattin Ali · Yapı Kredi Yayınları · 2025210,4bin okunma
·
115 Gösterim
Yorumlar
Yorum yapabilmeniz için giriş yapmanız gerekmektedir.