Gönderi

400 syf.
·
Puan vermedi
·
4 günde okudu
Birinci kitabdan sonra ikincini də bitirdim ki, yenə də həm ürəyimdə qalmasın, həm də tam olaraq kitablardan bütünlükdə agah olum. Kitabda məni qıcıqlandıran çox şeylər oldu. Onlardan ən asası sərxoşluqla əlaqəli idi. Büşra Yılmazı tanımasam (sosial mediadan) deyərdim ki, yazar kimdisə nə özü nə vaxtsa alkoqol içib ya sərxoş olub, ya da ümumiyyətlə belə insanları görüb. Misallar: Kafasını eğip kendi eline baktı. "Kalp sağda mıydı solda mı ya?" (səh. 123) Bunu bəlkə də anlamaq olar, real həyatda da qarışdıran olur. Amma digərlərini bağışlaya bilmirəm yazıçıya. Kitabın başında ürəyin yerini qarışdırtsa da obraza, kitabın sonuna yaxın digər obraza anasını qarışdırdır. Sərxoşdu deyə anasını səhv salır. 17-18 yaşlı gənc biri! Çox deməyim, birbaşa olanı yazım. "Hamile Lale Ablayı kendi annesiyle karıştırıyordu sanırım. "Anne sana ne yapmışlar ya..." diyerek Lale Ablaya ulaşmaya çalışıyor, Sinan ona engel oluyordu." (səh. 343) Yaxşı, sərxoş olub tualet kağızı yemək nədi? (səh. 360) Hansı ildə olduğunu (ciddi-ciddi) soruşan sərxoş? (səh. 128) Anasının öpüşünü tualet pompasına oxşatması. Sırf sərxoşdu deyə... (səh. 341) Növbəti qıcıq olduğum Yaprak obrazının cahilliyi və tərbiyəsizliyidir. Bunlar gülməlidi deyə düşünülüb yazılıb. Məsələn, balkondan aşağıdakı qonşusu Tunanın başına tüpürməyi. Hə, səhvən olub. Amma bu tərbiyəsizliyini ört-basdır etmir. Bir yeniyetmə balkondan niyə tüpürsün? Yazar Yaprağın dilindən yazıb ki "delirdiğim andayken". Obrazı bu qədər şirin-manyak etməyə çalışmaq sınaqları adamı çox yorur. (səh. 18) Başqa cahilliyə misal: ""Bay Primat işin güzel lakap." Tunanın değişik kelimelerini anlamadığım için üstünde durmadım amma muhtemelen Sinana hak etmişti. " (səh. 292) Bir 17-18 yaşındakı yeniyetmə primat nədi bilmir? Üstəgəl də, bunu oxuyanlar da 90/100 bilməyəcəklər deyə aşağıda Primat sözünün izahı da var. Dəhşət! Başqasının yerinə hələ bu qədər utanmadığım hissəyə gəlim. Sadəcə səhifə 395-dən başlayaraq yazılan son üç səhifəni oxuyum. İlahi! Necə utandım! Bir yazar belə şeyləri niyə kitaba salar axı! Yaprağın boyca çox balaca, yüngül, şirin olmağını göstərmək hər dəfə!!!!! çox yorucudu. Yazar fürsət tapan kimi qızı hansısa oğlanla eyni boyda elətdirmək üçün kitabların, masanın, stulun, hətta mətbəx mebelinin üstünə çıxarır. Bu qız nə boydadı, oğlan nə uzunluqdadı ki, qız mətbəx mebelinin üstünə çıxır? Nümunələr: səhifə, 186, 258) Oğuz obrazında bu kitabdabir irəliləyiş gözləyərdim. Amma hələ də zorbanın yekəsidir. Nümunə: səhifə 239, 305 Çox sevdiyi nənəsinə oxşadığı məlumdu. (səh. 278) Maraqsız və şit zarafatlar da dolu idi. "Sinan ilk veganlardandır. Sırtında #vegan şeklinde doğum lekesi var, bilmiyor musun?" (səh. 296) Kitabda nisbətən qane olduğum tərəflər bəzi obrazlarda irəliləyişlər idi, məs, Gökhan. Əksəriyyət ikincidənsə birincini tərifləsələr də, mən əksini deyərdim. Hətta 4N1K 50-ci kitabda tam olmasa da oxunula biləcək bir kitab yaza bilərmiş yazar. Kitabda sevdiyim yeganə alıntı da, tək ağlı başında olan birindən gəlir, Barışdan. "Ama... Şunu bil. Rüya sadece gece görülmez. Aşk sadece bir defa çalmaz kapıyı. İnsanlar yalnızca bir defa tanışmaz. Tamam mı?" (Səh. 380)
4N1K 2: On İkiden Sonra
4N1K 2: On İkiden SonraBüşra Yılmaz · Epsilon Yayınevi · 20174,636 okunma
·
348 görüntüleme
Yorum yapabilmeniz için giriş yapmanız gerekmektedir.