Akış
Ara
Ne Okusam?
Giriş Yap
Kaydol

Gönderi

157 syf.
10/10 puan verdi
·
4 günde okudu
I
Dostoyevski - Yoxsul İnsanlar Yəqin ki, Dostoyevskini tanımayan çox az insan vardır. Ancaq bir çoxumuz sadəcə bir əsər olaraq oxuyub bəzi sitatları da sosial şəbəkələrdə paylaşıb onu tanıdığımızı düşünürük, lakin kitablarındakı ədəbi düşüncənin arasındakı fəlsəfi düşüncələri görə bilmirik. Ancaq daha diqqətli yanaşdıqda və araşdırdıqda bunu görə
İnsancıklar
İnsancıklarFyodor Dostoyevski · İletişim Yayınları · 200762bin okunma
·
492 görüntüleme
Bu yorum görüntülenemiyor
Tariyel okurunun profil resmi
👏Mükəmməl incələmə.
Nurlan okurunun profil resmi
Təşəkkürlər. :)
Nurlan okurunun profil resmi
Birinci incələməm: Adını ən çox eşitdiyim yazıçılardan biri... Dostoyevski'nin oxuduğum ilk kitabı “
Yeraltından Notlar
Yeraltından Notlar
” olmuşdur. Və mənim üçün möhtəşəm bir kitab idi, indi də elədir. Elə bu kitabını bu qədər çox sevdiyim üçün, bunun ardınca “
Kumarbaz
Kumarbaz
”ı oxudum. Bu kitabın o qədər bəyənilmədiyi ilə bağlı bir şeylər də oxumuşdum, deyəsən (əmin deyiləm). Ancaq bu kitabı da mənim üçün çox maraqlı idi. Və bununla da, Dostoyevski'nin bütün kitablarını oxumalıyam, dedim. “
İnsancıklar
İnsancıklar
” - Kitab iki nəfər - Varvara Alekseyevna və Makar Alekseyeviç - arasındakı məktublaşmadan ibarətdir. Bunu bir sevgi məktublaşması adlandırmaq olar, bəlkə də yox. Ancaq bu iki insanın arasında çox güclü bağ var. Kitabın əvvəlləri bir az qarışıq idi, tanış olmayan insan adları, həmçinin məktublaşmadan ibarət olduğu üçün, bəzən bu iki insanın arasında görüşlər baş verən hadisələr (söhbətlər) barədə çox da məlumatlı ola bilmirdim. Məktublardan əlavə, Varvara'nın həyat hekayəsini yazdığı bir günlük də var idi ki, bu zaman Pokrovski obrazının ölümü məni çox kədərləndirdi. Kitabın sonuna gəldikdə isə, sonda Varvara və ya Makar'ın öləcəyini düşünürdüm. Amma bunun olmadığına sevindim. Bir-birilərinə qarşı böyük dostluq, sevgi olsa da, Varvara'nın Bikov'la evlənməsi məncə, yaxşı oldu. (Sonra nələrin baş verdiyini bilmirəm, ancaq yenə də belə düşünürəm). Həyatlarında olan yoxsulluq həqiqətən, insanın vəziyyətinin pis olmasına səbəb olurdu, sadəcə yoxsulluq belə bir ölümə səbəb ola bilir. Axıcı bir kitab idi, oxumanızı tövsiyə edirəm.
Yorum yapabilmeniz için giriş yapmanız gerekmektedir.