Akış
Ara
Ne Okusam?
Giriş Yap
Kaydol
Gönderi Oluştur

Gönderi

200 syf.
10/10 puan verdi
·
Beğendi
·
18 saatte okudu
Bu kitabı oxumağıma təşviq edən @flower_0000
Samirə Abbasova
Samirə Abbasova
təşəkkür edirəm. Mövzu Kitab Amerikada olan 2-ci Vətəndaş Müharibəsi 1861-1865-ci illərdən sonraki dövrdən bəhs edir. Klub qurulur, Gun-Club. Müharibə bitəndən sonra o klubun üzvülərinin heç bir məşğuliyyəti olmur. Neçəsi müharibədən sonra əlil olur. Onlar yenidən müharibə istəyirlər. Amma onlar üçün başqa məşğuliyyət tapılır. Bu klubun rəhbəri Barbicane məktub göndərir ki, onların yığıncağı olacaq. Bu yığıncağa o qədər insan gəlir ki, bina dolur, binanın həyəti də və binadan kənar insanlar da olur. Burda deyilir ki, Aya getməyi planlaşdırırlar və hamı bu xəbəri çox sevinclə qarşılayır. Onlar əslində ilk dediklərində hər hansı bir insan göndərməyi nəzərdə tutmurlar. Bu klubun rəhbəri və klubda xüsusi vəzifələri olan şəxslər və bir də Barbicanenin köməkçisi Maston aya necə getmək lazım olduqları haqda danışırlar. Aya top vasitəsilə güllə göndərmək qərarına gəlirlər. Topun və güllənin ölçüsünü, nə qədər sürət lazım olduğunu hesablayırlar. Sonra isə Cambridge rəsədxanasına müəyyən suallar göndərirlər. Bu suallar Ay və Yer arasında məsafə, gülləni nə vaxt göndərmək lazım olduğu haqda olur. Sonra isə top və gülləni hazırlamağa başlayır. Ancaq sonra müəyyən dəyişiliklər olur, fransız Michel Ardan onlara teleqraf göndərir ki, aya getmək istəyir. Kitab o dövrdə yaşayan insanların ay haqqında olan düşüncələri haqqında bəhs edir həm də. Kitabı dinlədim mən, amma çox maraqlı kitab idi, həm də axıcı idi. Kitabın bəzi hissələri məni güldürdü. Kitabın həm də sonluğunu bəyəndim. Hər kəsə tövsiyə edirəm.
Aya Yolculuk (Çocuk Klasikleri)
Aya Yolculuk (Çocuk Klasikleri)Jules Verne · Bilgi Yayınevi · 201310,3bin okunma
··
1.061 görüntüleme
Near okurunun profil resmi
İncələmən👌🏻❤. Yaxşı ki, oxudun və nə öyrəndiyini də, özün bilirsən yəqin😁😂.
Aceso okurunun profil resmi
Yes :) Jül Verndən oxuduğum 2-ci kitab oldu. 1-ci kimi çox bəyəndim. İlk kitabı da güldürürdü bəzi hissələri yəni.
3 sonraki yanıtı göster
Samirə Abbasova okurunun profil resmi
Dəyməz, tatlım. Ortada bir gerçək də var ki, səni təşviq edib özümüz oxumamışıq🥲😂😂
Arreniuss okurunun profil resmi
Əllərinə salıq🤌
Yorum yapabilmeniz için giriş yapmanız gerekmektedir.