Gönderi

224 syf.
·
Puan vermedi
·
76 günde okudu
Uzaqdan Gələn Yağış
Şərhimdə kitab ilə əlaqədar bir çox spoiler var. Zəhmət olmasa bunu diqqətə alıb şərhimi oxuyun. Bu mənim 1000k'dakı ilk kitab şərhimdi. Bir çox sevgi haqda filmə baxıb kitab oxumuşam amma bir kitabda bu qədər sevgiliyə ilk dəfə rast gəlirəm. Əsas qəhrəmanlar İsmayıl və Ayla, müəllimə Rəhilə xanım və onun keçmiş sevgilisi Anar, Sənubər xanımın hekayəsi, Elnur müəllimin bacısı Şəhlanın sevgi hekayəsi və sonda avtobusdakı şagird cütlüklər ilə kitab yazan Murad Nur bəy. Şagird cütlüklərin adları ağlımda qalmadığı üçün qeyd etmirəm. Bir sözlə çox idi. Və kitabdakı tək mövzu da "eşq"idi. Bütün kitab bunun üstünə qurulmuşdu. Normalda sevgi ilə bərabər arxa fonda fərqli bir hekayədə olur amma bu kitabda bu yox idi. Mənim üçün bu kitab bir tərəfdən çox öyrədici oldu. Bir çox Azərbaycan dilində söz öyrəndim normal həyatda danışıq dilimizdə istifadə etmədiyimiz ilk dəfə eşitdiyim bir çox söz var idi. Sevgi mövzusuna gələrsək. Bu hissəsi hiss olaraq mənə çox da keçmədi. Bunun səbəbi bəlkədə çox obrazın olması ola bilər ya da heç aşiq olmadığım üçün kitabdakı obrazlar ilə tam empatiya qurub onları anlaya bilmədim üçün də ola bilər. Çünkü gerçəklik ilə tam əlaqə saxlaya bilmədim. Yəni bir çox insan eşq olmadan ailə həyatı qurur, qarşılıqlı anlayış, sevgi olandan sonra bir çox şeyin həll yolu tapılar deyə düşünürəm. Mütləq birinə aşiq olmalı deyilsən. Bir çox evliliklər də var ki sevib evlənirlər amma sonra həyatdakı problemlərin üstündən gələ bilmədikləri üçün birbirlərinə olan sevgisidə sonunda bitir. Maddi problemlər yada ailələr ilə bağlı problemlər. Mənə görə həm sevgi həm də ağıl ilə hərəkət etmək lazımdır. Tam saf eşq ilə ailə qurmaq mümkün deyilmiş kimi gəlir. Bilmirəm dediyim kimi daha əvvəl hiss etmədiyim bir duyğu olduğu və kitabdakı əsas mövzu eşq olduğu və sanki eşqdən başda heç birşeyin dəyəri yoxmuş kimi hiss etdirdiyi üçün kitab mənə tam keçmədi.  Bu kitab yazar Varisin oxuduğum ikinci kitabı idi universitet vaxtlarında "Sonuncu ölən ümidlərdir" kitabını oxumuşdum. Kitabdakı elmi cəhətdən sevgiyə baxış açıları ən zövq alaraq oxuduğum hissələr idi. Gerçəkci olmayan bir çox film və kitablarda sevgi mənə keçib əslində amma burda nəsə keçmədi bilmirəm kitabdakı obrazlar ilə empatiya qura bilmədim. Sonu ilə əlaqədar spoiler aldığım üçün bütün kitabı "eşq insanın canına qıymağa dəyməz" deyə düşünərək oxudum. Bəlkə illər sonra eşqi tapıb daha fərqli düşüncə və hislər ilə oxuyaram.
Uzaqdan Gələn Yağış
Uzaqdan Gələn YağışVaris · Teas Press Neşriyat · 2018318 okunma
·
111 görüntüleme
Yorum yapabilmeniz için giriş yapmanız gerekmektedir.