Akış
Ara
Ne Okusam?
Giriş Yap
Kaydol

Gönderi

548 syf.
8/10 puan verdi
·
5 günde okudu
Əvvəlcə kitabın çox gözəl olduğunu vurğulamalıyam. Kitabda “Yüzbaşının kızı” adı altında 16 əsər oxuyuruq. Bu əsərlərdə həmin dövr Rusyasını görürük. Yazıçı 19 cu əsrin əvvəlləri Rusyasını oxuyuculara çox gözəl təsvir etdirir. Romanda tarixin izlərini yer verilib. Yazıçı bizə həmin dövrdə baş vermiş Napolyon Bonapartın yürüyüşü, Pugaçev üsyanı, türklərlə döyüşü göstərir. Və roman tarixiliyi ilə yanaşı romantizmi də bizə hiss etdirir. Demək olar ki, romandakı bütün əsərlərdə romantizmi görürük. Saf məhəbbət, dürüstlük, dostluq və s. kimi duyğuları roman özündə birləşdirir. Romanda Pyotr Andreyiç, Marya İvanova, Vladimir Andreyeviç, Aleksey və s. kimi obrazların sevgisi insanı real həyatdakı sevgilərə inandırmaq istəyir, lakin onların sevgisi həqiqi və sonsuzdur. Mənim çox sevdiyim obrazlardan birisi də Savelyiçdir. Savelyiçin dostluğu, uzaqgörənliyi, efendisinə hörməti doğurdan da oxuyucunu özünə bağlayır. Kitabı oxuyarkən heç sıxılmadım. Və bir çox yerdə təəccübləndim. Tövsiyə edəcəyim bir kitabdır. “Mütləq oxunmalıdır” demirəm, lakin oxusanız bir şey itirməyəcəksiniz.
Yüzbaşının Kızı
Yüzbaşının KızıAleksandr Puşkin · Türkiye İş Bankası Kültür Yayınları · 202129,4bin okunma
·
202 görüntüleme
Yorum yapabilmeniz için giriş yapmanız gerekmektedir.