Puan vermedi·336 syf.··Beğendi
· "Heç bir şey qeyri -mümkünlük qədər təhlükəli ola bilməz!"
V. Hüqo
Əsəri alıb hər kəsin oxumasını tövsiyyə edirəm, məişət dilində yazılmış içinə elmi terminlər əlavə edilmiş Mark Levy "nin böyüklüyünə yaraşacaq tam mənasında möhtəşəm bir əsər idi. Əslində tam fərqli formada yazılmış oxuyacağım sırada iki əsər daha var idi. Yalnız adı, üz qabığı və ən nəhayətində içərisindəki qeydlərlə məni öz xəyal dünyasına yenə cəlb etməyi bacardı, cənab M.Levi. Üç gənc -bir qızı sevən iki oğlan, sevginin necə böyük gücə malik olması, elmin necə böyük bir okean olması və biz insanların bu okeanın sadəcə kiçik bir hissəsi ilə tanışlığımız başqa sözlə desək hələ kəşf edilməli bir çox şeydən məlumatsız olmağımız məni bir az qorxutsa da yazıçının təxəyyülü məni özünə yenə heyran qoymağı bacardı.
Sonda onu da qeyd edim ki :
"Əslində həyatımızdakı ən böyük xoşbəxtliklər, bizə kiçik görünən anların içərisində gizlidir."