Gönderi

312 syf.
8/10 puan verdi
İqtisadiyyat/maliyyə sahəsində və ümumiyyətlə pul barəsində qərarlar alarkən adətən məntiqlə hərəkət edildiyini və bu işlərin ağır hesab-kitab, qanun/qaydası olduğunu düşünənlər üçün yazar əslində bunun heç də belə olmadığını açıqlayır. Psixologiyamızın davranışlarımıza bu sahədə də təsirini qeyd edir. Ona görə də yazar bu cür işlərin zəka, təhsil ilə o qədər də əlaqəli olmadığını, əsasən bir neçə davranışa yiyələnib, onları tətbiq etməklə istənilənin əldə oluna biləcəyini deyir. Bu davranışları 19 ana başlıqda və hər başlıqda qısa, yaşanmış hekayələrlə çox sadə dildə çatdırır. 19-cu başlıqda ümumiləşdirmə edərək, əvvəl öyrəndiklərimizin qısaca təkrarına yer verib. Bonus hesab elədiyim 20-ci bölümdə öz pulunun psixologiyasından bəhs edir. Və sonda Amerikanın müasir istehlakçı psixologiyasının qısa tarixini analiz edir. (Bu hissəni çox oxuyucunun bəyənəcəyini düşünmürəm.) Keçsək kitabda irad tutacağım məqamlara, təkrarlara yer verilməsi ilk deyəcəyim olar. Eyni cümlələrin təkrarı və fərqli başlıqlarda olsa belə, məğzin eyni yerə gəldiyi məqamlar da var idi. Daha sonra yazıların ehtiyac görmədiyim halda çox uzanması, açıqlama verilməsi də daxildir. Nəticədə aralarında bildiyimiz, amma təkrarən öyrənməkdə fayda olan məlumatlar ilə birgə yeni öyrənəcəyimiz biliklərlə qarışmış bir kitab.
Paranın Psikolojisi
Paranın PsikolojisiMorgan Housel · Scala Yayıncılık · 20211,417 okunma
·
244 görüntüleme
Yorum yapabilmeniz için giriş yapmanız gerekmektedir.