Puan vermedi·112 syf.····Okunma: 26 Ağustos 2022 12:43 Kitabda böyüklərin dünyasıyla, kiçiklərin dünyasını qarşılaşdırılır. Bu kitabı ruhumun hələ uşaq olduğu zamanda oxuduğum üçün çox şanslıyam. Bəlkə də, irəliləyən yaşlarda dünyaya başqa bir gözlə baxdığımda yenidən bu kitabı oxuyacağam.
Yeri gəldikdə böyüklərin düşüncəsinə, onların dünyaya baxışına da göndərmələr edilir. Əsərdə insanın ən ümidsiz zamanlarında belə əslində ola biləcək hər problemə uşaq qədər xəyalpərəst yanaşaraq, həmin problemi aradan qaldıra biləcəyimizi göstərir. Əsər müəyyən zaman aralıqlarıyla təkrar-təkrar oxuna biləcək bir əsərdir.