Akış
Ara
Ne Okusam?
Giriş Yap
Kaydol

Gönderi

160 syf.
·
Puan vermedi
Azərbaycan ədəbiyyatının qadın obrazları, fikrimcə, yüksək koloritli və orjinaldırlar (ən azından bayağılaşmış və klişe halına gəlmiş rus ədəbiyyatı qadınlarından). İstər C. Cabbarlının "Almaz"ı, "Sevil"i istər də İ. Əfəndiyevin Səriyyəsi. Baxmayaraq ki, bu əsərə Mərkəzi Komitə tərəfindən Səriyyənin "əxlaq qaydalarını pozduğu" üçün qadağa qoyulub zamanında, baş qəhrəmanın cəsarətlə, riyakarlıq etmədən verdiyi qərarlar və düşüncələrinə dilə gətirməsi, ümumiyyətlə, bunu bacarması (ola bilər ki, bir az yöndəmsiz tərzdə) diqqətə layiq məqam və keyfiyyətdir, nəinki 1 qadında, bütün insanlarda olması lazım olan 1 nüans. Bəlkə də (əslində, çox güman), Səriyyənin Adildən tədricən soyuyub üz döndərməsinə səbəb olan da onda məhz bu xarakterin olmaması idi. Sözdə 1 cür, əməldə başqa cür. Bəli, Səriyyə haqlı idi: "Nə üçün biz insanlar bu həyatdan 1 şey qoparmaq üçün bu cür ikiüzlülük edirik? Yalançı bayağı sözlər danışırıq... Yalandan gülümsəyərik... Yalandan tərifləyirik... Doğrudanmı, bunlarsız mümkün deyil?.." ...Saxtakarlığı, rəzilliyi, ikiüzlülüyü sillələmək lazımdır. Çünki bunlar təbiətin ahənginə ziddir".
Körpüsalanlar
Körpüsalanlarİlyas Efendiyev · Qanun nəşriyyatı · 0396 okunma
·
234 görüntüleme
Yorum yapabilmeniz için giriş yapmanız gerekmektedir.