Akış
Ara
Ne Okusam?
Giriş Yap
Kaydol
Gönderi Oluştur

Gönderi

384 syf.
9/10 puan verdi
·
Beğendi
Dəyərləndirmə
ACT son zamanlar ən çox diqqətimi çəkən üçüncü nəsil terapiya istiqamətidir. Ona görə bu istiqamətdə oxumaq üçün kitaba baş vurdum. Bundan əlavə sevimli hocam İbrahim Bilgenin de buna dair kitabı var. Ancaq o sırf terapevtlər üçündür. Ona görə sadə olandan başlamağa qərar verdim. Gözlədiyim kimi mənə daha sadə gəldi. Ancaq act izah etməsi baxımından möhtəşəmdir. Verdiyi texnikalar çox işimə yarayır. Gün ərzində ağlına gələn düşüncələrlə döyüşmürəm. Artıq onları düşüncə olaraq qəbul etməyi məşq edirəm. Psixoloqun da belə kitablara ehtiyacı olar heç? Deyə bilərsiniz. Ancaq biz də insanıq. Sizin kimi bizim dı beynimiz susmaq bilmir. Nəticə etibarilə hər birimiz eyni problemləri yaşayırıq. Biz sadəcə olaraq bunları həll etmək üçün daha çox texniki bilgiyə sahibik o qədər. Özümüzə gələndə biz də çətin situasiyalarda terapevtə gedirik. Kitabın ilk qismi beynimizin bizə oynadığı oyunları izah etməklə keçir. Bunu bilsəm də act yanaşması ilə oxumaq çox maraqlı oldu. İkinci hissədə nəticələr, son da isə daha rahat necə yaşamaq olar bunu izah edir. Adından göründüyü kimi özümüzə qazdığımız quyuya düşməyimizi göstərir qısa özetləsək. Tövsiyə edirəm.
Mutluluk Tuzağı
Mutluluk TuzağıRuss Harris · Litera Yayınları · 2022524 okunma
·
208 görüntüleme
Yorum yapabilmeniz için giriş yapmanız gerekmektedir.