Gönderi

"Gəmi batmağa başlayır, ər və arvad xilas olmaq üçün gəminin ehtiyat qayığına minməyə tələsirlər, lakin əfsuslar olsun ki, qayıqda cəmi bir nəfər üçün yer qalmış olur. Kişi qayığa özü minir və arvadının okeanda batmasına çarəsiz olaraq tamaşa edir. Qadın okeanın onu udmasına az qalmış çığıraraq  kişiyə həyatda son kəlməsini işlədir" - beləcə  ədəbiyyat müəllimi dərsə başladı. O, sinifdə oturan uşaqlardan soruşdu: - Necə bilirsiniz, qadın son kəlməsində nə dedi? Sinifdə uşaqların əksəriyyəti "Mən sənə nifrət edirəm",  "Mən necə də kor olmuşam, səni tanımamışam" - cavabını verdilər. Bütün sinif müxtəlif cavablarla qaynaşırdı. Birdən müəllimin diqqətini sakit oturmuş şagird oğlan cəlb edir və ona yaxınlaşıb soruşur: - Bəs sən necə fikirləşirsən, qadının kişiyə son sözü nə olar? - Mənim fikrimcə, qadın kişiyə "uşağımıza yaxşı bax, onu qoru" demiş olar. - Sən bu əhvalatı bilirsən? - Xeyr, mənim anam da  dünyasını dəyişərkən atama belə vəsiyyət etmişdi. - Bəli, bu doğru cavabdır - deyərək müəllim qürurlandı. Və beləcə gəmi batdı. Kişi evinə qayıtdı və  yeganə qızını təkbaşına böyütməyə başladı. Uzun illər keçdi. Kişi də yaşlanıb dünyasını dəyişdi. Bir gün atasının əşyalarını yerbəyer edəndə qız bir məktuba rast gəldi: "Biz səyahətə gedəndə, ona artıq çox ciddi diaqnoz qoyulmuşdu. Yaşaması üçün az bir vaxt qalmışdı, onun yerinə mən batmaq istərdim, amma qızıma görə məcbur qaldım, bunu edə bilmədim. Tək bacardığım onu okeana yola salmaq oldu." Bütün sinif susurdu. Uşaqların balaca gözlərindən oxunurdu ki, bu əhvalat onlara necə təsir edib. Bu gün onlar başa düşdülər ki, ilk görünüş, ilk təəssürat səhv ola bilirmiş...
·
87 görüntüleme
Orkhan Shukurov okurunun profil resmi
Yaxşı hekayədi. Siz yazmısız?
Yorum yapabilmeniz için giriş yapmanız gerekmektedir.