Gönderi

186 syf.
7/10 puan verdi
Bir neçə önəmli məsələ: Arada düşünürəm, alman ədəbiyyatının mihəng daşları alman deyillər. Daha çox Avstriya mənşəyi olan yazıçılardı. Alman ədəbiyyatında iz qoymuş şəxslər Almaniyanın şərqindəndi. Qərbi Almaniya(ya da Berlin Divarının uzaq qərbi) ədəbiyyata niyəsə ciddi iz qoymayıb. Bəlkə də müharibələr, bərabərsizliklər və çatışmazlıqlar incəsənət yetişdirir. İncə olmur, amma effektiv olur. Kitab bir növ qətl romanıdı. Elə bir romandı ki.. Əvvəl romandan danışım, sonra Elxan Elatlıya söz soxaram. Nasistlərin hakimiyyəti daha yeni ələ keçirdiyi dövrdə gənc bir müəllim yeniyetmə oğlan şagirdlərin inşalarını yoxlayır və bir inşadakı "Zənci" ifadəsini irad tutur. Qaradərililər barədə aşağılayıcı ifadələr işlətməyin doğru olmadığından danışır və bir anda bütün sinif ona qarşı durur. Bu kitab müharibə dönəmi alman gəncliyi haqqındadı. Almanların az qala 100 ildi ki, cavablamağa, empatiya qazandırmağa çalışdıqlaeı peoblemin hələ 1930cu illərin əvvəlindəki ilk nümunəsidi: Niyə alman xalqı faşizmə yox demədi? Əlqərəz, müəllim siniflə fərqli qütblərə çəkilir, uşaqları başa düşməyə çalışır, Taneı haqqında danışır və sinif nasist kampına gedəndə başçılıq etməli olur. Uşaqlae kampda ilk hərbi təlimlərini görməli, atış poliqonlaeında məşq eləməlidir. Və bir qətl törədilir. Beləcə kitab bir sosiopolitik romandan bir kriminal romana doğru yol alır. Müəllim vicdan, qorxu, çarəsizlik, Tanrı mühakiməsi, maraq və şəhvət arasında ciddi bir çətinliyə düşür. Kitab şedevr bir roman deyil. Kitab çox yaxşı romandı. Bir neçə səbəbim var bunun üçün: Əvvəla kitab faşizm Almaniyanı hələ tam ağuşuna almamışdan qabaq yqzılıb və müəllifin necə uzaqgörən olduğunu göstərir. Olduğu cəmiyyətin 10 il sonrakı peoblemini öngörüb, bu barədə vicdani narahatlıq duyub və personajlaeını hələ yaşanmamış olayların mühakiməsini edəcək tərzdə yarada bilib. Bu böyük uğurdu. İkincisi, bu bir kriminal romandı. İçində dedektivvari bir gedişat var və hadisələri şəxai zəmindən çıxarıb Tanrıya, vicdana, ədalətin mahiyyətinə bağlaya bilir. Kriminal roman dünyada çoxdu, bizim ölkədə xüsusən. Amma o romana ədəbi bir dəyər qatmaq, doğru məqamlarda fəlsəfi problem yaratmaq və personajlarını o situasiyada doğeu şəkildə danışdırmaq o romanı sadəcə kriminal olmaqdan xilas edir. Bir kriminal roman oxunacaqsa, oxucu belə şeylər oxumalı, məncə. Vaxtını ötürməkçün oxumursa, əlbəttə. Müəllif çox cavan ölüb. 37 yaşında. Ömrü boyu qorxduğu şey ildırımın onu vurub öldürməsi olub. Bir fırtınada aşan ağacın altında qalaraq ölüb. Kitabı 1938-ci ildə SS tərəfindən təhlükəli hesab edilib və qadağan olunmuş kitablar siyahısına salınıb.
Tanrısız Gençlik
Tanrısız GençlikÖdön Von Horvath · Jaguar Kitap · 20163,159 okunma
·
62 görüntüleme
Yorum yapabilmeniz için giriş yapmanız gerekmektedir.