Gönderi

Reinkarnasiya
Kremasiya insanların öləndən sonra yandırılmasına deyilir. Bəzi millətlərdə bundan çox istifadə olunur. Lakin bir çox ölkədə ölünü torpağa basdırırlar. Yada salaq ki, insan enerjidir. Və enerji bir şəkildən başqa şəkilə keçir. Bəzən insanları elektrik cərəyanı vurduqda onlar huşlarını itirir və artıq ölü kimi olurlar. İlk yardım olaraq belə insanları torpağın üstünə atırlar. Bu zaman bədənlərindəki elektrik torpağa keçir və insanlar dirilir. Deməli torpaq həm də enerjini çəkir. İnsan həyatı boyu günah və savab qazanır. Bu da bir növ enerjidir. Buddistlər bunu karma adlandırır. Bizdə isə bunu mələklər çiyinlərə yazır. Maraqlısı budur ki, insan yanan zaman, od insanın bütün enerji informasiyasını məhv edir. Məsələn xristianlar da evləri od ilə təmizləyirlər. Şamla evin künclərini yandırıb keçmiş sahiblərin karmasını təmizləyirlər. Bizdə də tonqaldan tullanarkən keçən ilin mənfi enerjisini silirik. “Ağırlığım uğurluğum odlara” Lakin burada bir məsələ var. Alov təkcə mənfi enerjini deyil həm də müsbət enerjini də yandırır. Yəni ki, alov insanın günahlarını da savablarını da yandırır. Ona görə insanı yandırmaq İslamda qadağandır. Çünki enerjisi yanan insan sınanmış olmur. Və belə bir ruh, gəldiyi kimi öləndə də boş qalır. Ona görə o yenidən sınağa qayıtmalı olur. Elə buna görə Reinkarnasiya əlamətləri yalnız ölülərin yandırıldığı ölkələrdə var. Harada ölünü yandırırlarsa mütləq bir uşaq doğulub öz keçmiş həyatını danışır. Eləcə də yanğın olan saraylarda, evlərdə də mütləq ruhlar qalır. Yəni ki, reinkarnasiya səhv deyil, bu doğrudan da var.. Lakin Hindlilərin səhvi ölüləri yandırmaqdadır. Onlar ölüləri yandırdığına görə onlar yenidən dünyaya qayıdır. Həyatın qanununa görə yox.
Sayfa 133 - PDFKitabı okudu
·
10 görüntüleme
Yorum yapabilmeniz için giriş yapmanız gerekmektedir.